AVRO-2020: Dzüba San-Marino millisini, türklər isə dünya çempionunu darmadağın ediblər

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidRusiya yığmasının hücumçusu Artyom Dzüba
Rusiya yığmasının hücumçusu Artyom Dzüba - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya, İtaliya, Belçika və Ermənistan rəqibləri üzərində böyük hesablı qələbələr qazanıblar. Türklər isə hazırkı dünya çempionu Fransanı məğlub ediblər.

“C” QRUPU

Estoniya - Şimali İrlandiya 1:2

Şimali İrlandiya üç oyunda üçüncü qələbəsini qazanıb. Konor Vaşinqton və Coş Macennis son 12 dəqiqədə hərəsi bir qol vuraraq, Tallində üstünlüyünü ev sahiblərinin əlindən alıblar. Estoniyalıların kapitanı Konstantin Vasilyev cərimə zərbəsindən vurduğu qolla hesabı açıb. Bundan sonra onun “dubl” etmək imkanı da olub, lakin top qapı dirəyinə dəyib.

Belarus - Almaniya 0:2

Almaniya millisi topa daha çox sahib olub və 13-cü dəqiqədə Leroy Sanenin səyləri nəticəsində hesabı açıb. Meydan sahiblərinin də qol şansları olub, lakin Stanislav Draqunun zərbəsinin qarşısı kəsilib, Nikita Naumovun zərbəsini isə Manuel Noyer tuta bilib. İkinci hissədə Marko Roys almanların üstünlüyünü artırıb. Sonda Sanenin vurduğu zərbə qapı dirəyinə tuş gəlib.

“E” QRUPU

Xorvatiya - Uels 2:1

Xorvatiya millisi Macarıstana gözlənilməyən məğlubiyyətindən sonra özünə gələ bilib. Uelslə oyunda əsas qəhrəman İvan Perişiç olub. 17-ci dəqiqədə onun zərbəsindən sonra Ceyms Lourens səhvən topu öz qapısına göndərib. Fasilədən dərhal sonra “Internazionale” klubunun yarımmüdafiəçisi özü də qol vurub. Devid Bruks bu qollardan birinin əvəzini çıxsa da, uelslilər seçmə mərhələdə ilk məğlubiyyətdən qaça bilməyiblər.

Azərbaycan - Macarıstan 1:3

Macarlar altı oyunda Azərbaycan üzərində altıncı qələbəni qazanıblar. Villi Orban Bolaj Cucakın ötürməsini qola çevirə bilib. İkinci hissədə künc zərbəsindən sonra Orban topu yenidən qapıya göndərib. Mahir Emreli UEFA turnirlərində Azərbaycan millisi üçün ilk qolunu vuraraq ev sahiblərini ümidləndirib, lakin macarların debütantı David Holman intriqanı dərhal öldürüb.

“H” QRUPU

İslandiya - Albaniya 1:0

Moldova - Andorra 1:0

Moldova üçüncü cəhdində qrupda ilk xalını qaza bilib. Müdafiəçi İqor Armaş 8-ci dəqiqədə künc zərbəsindən sonra topu başla qapıya göndərib. Artur İonitsa ikinci hissənin əvvəlində ikinci sarı vərəqə alaraq meydan sahiblərini azlıqda qoysa da, moldovalılar üstünlüyü qoruya bildilər.

Türkiyə - Fransa 2:0

Şenol Günəşin komandası seçmə mərhələsinin üç turunda üçüncü qələbəsini qazanıb. Türkiyə millisi səkkiz qol vurub və bir dənə də olsun qol buraxmayıb. Hazırkı dünya çempionu ilə matçın 30-cu dəqiqəsində Kaan Ayhan cərimə zərbəsindən göndərilmiş topu fransalıların qapısından keçirə bilib. Cengiz Ünder isə fasilədən əvvəl fransalıların müdafiədəki bir sıra səhvlərindən istifadə edərək hesabı artırıb.

“I” QRUPU

Rusiya - San-Marino 9:0

Artyom Dzübanın “poker”i Rusiya millisinə tarixində ən böyük qələbəsini qazanmağa kömək edib. Meydan sahibləri 25-ci dəqiqədə Mikele Çevolinin avtoqolundan sonra hesabı açıblar. Dzüba penaltidən üstünlüyü artırıb. Sonra isə Fyodor Kudryaşov və Anton Mirançuk Rusiya millisində ilk qollarını vurublar. Fasilədən sonra Dzüba daha 3 qol vuraraq “poker”ə imza atıb. Mirançuku əvəz etmiş Fyodor Smolov isə “dubl” edib.

Şotlandiya - Kipr 2:1

Belçika - Qazaxıstan 3:0

Dris Mertens Eden Azarın zərbəsindən istifadə edərək birinci qolu vurub, daha sonra isə Timoti Kastanyeyə hesabı artırmağa kömək edib. İkinci hissənin əvvəlində Romelu Lukaku Mertensin dirəkdən qayıdan topunu qapıya göndərib. Kevin de Brüynenin zərbəsi isə qapı çərçivəsinə tuş gəlib.

“J” QRUPU

Finlandiya - Bosniya və Herseqovina 2:0

Ermənistan - Lixtenşteyn 3:0

İlk 18 dəqiqə ərzində vurulmuş iki qol sayəsində Ermənistan ilk xallarını qazana bilib. Belə ki, yarımmüdafiəçi Qevorq Kazaryan birinci qolu vurub, 16 dəqiqədən sonra isə Aleksandr Karapetyan hesabı artırıb. Əlavə olunmuş vaxtda Tiqran Barseqyan üçüncü qolu vurub. Bir dənə də olsun qol vura bilməyən Lixtenşteyn millisi qrupda xalsız qalıb.

Yunanıstan - İtaliya 0:3

Qonaqlar 10 dəqiqə ərzində vurduqları üç qolla qələbəni təmin ediblər. Nikolo Barella və Lorenzo İnsine Yunanıstan millisini nokauta göndəriblər. Sonda isə Leonardo Bonuççi dəqiq baş zərbəsi ilə bütün sualları cavablandırıb. Qrupun üç oyununda italyanlar üç qələbə qazanıblar.

Xəbər lenti
0