08:13 21 Noyabr 2019
Bilbao

Avro-2020 şəhərləri: Bilbao

© Sputnik / Grigoriy Syisoev
XƏBƏRLƏR
Qısa URL
1 0 0

İspaniya krallığının futbola vurğun yağışlar şəhəri - Basklar ölkəsinin paytaxtının səyahət bələdçisi

Bilbao, İspaniyanın Biskay körfəzi sahillərində yerləşən Basklar ölkəsinin ən böyük şəhəridir. Bu yağışlı ərazi yaşıllıqlarla zəngindir. Yerli dil isə gürcü dilinə bənzəyir. Dəbdəbəli qeyri-ənənəvi arxitekturası olan Bilbaonun xüsusi bask ab-havası var. Buraya adətən yay istilərindən qurtulmağa çalışan ispanlar, eləcə də dünyanın hər bir yerindən turistlər gəlirlər.

Necə getmək olar?

Bilbaoya getmək qərarına gəlmisinizsə, əsl səyahətə hazır olun, çünki, bir çox ölkədən bu şəhərə birbaşa uçuş yoxdur. Lakin Basklar ölkəsinə getmək üçün sadə bir yol var - Madrid və ya Barselona üzərindən tranzit uçuşu.

Qeyri-adi dizaynına görə “La Paloma” (Göyərçin) adlandırılan aeroport binası Bilbaodan cəmi 10 kilometr aralıda yerləşir. Avtovağzaldan şəhərə avtobusla çatmaq olar. Basklar ölkəsində şəhərlərarası avtobuslar yaşıl rəngə, şəhərdaxili avtobuslar isə qırmızı rəngə boyanıblar. Bilbaonun metro stansiyalarında “Barik” keçid kartını ala bilərsiniz. Bu kart ictimai nəqliyyatda gəzinti zamanı xərclərə 50%-ə qədər qənaət etməyə kömək edəcək.

На одной из улиц Бильбао
© Sputnik / Aleksandr Vilf
Bilbaoda küçə

Tramvay Bilbaoda hərəkət etmək üçün əla seçimdir. Şəhərdə yalnız bir tramvay marşrutu mövcuddur. O, dəmiryol stansiyasından başlayır və Nervion çayı boyunca şəhər mərkəzindən keçir.

Harada yerləşmək olar?

Basklar ölkəsi səyahətçilər arasında populyardır, buna görə də turistlər üçün mənzil bazarında kifayət qədər təkliflər var. Lakin onların arasında super ucuz seçimlər elə də çox deyil. Pik mövsümlərdə qiymətlər daha da yüksəlir, buna görə yaşayış yeri axtarışı ilə əvvəlcədən məşğul olmaq məsləhətdir.

Bütün İspaniyada olduğu kimi, Bilbaoda da kifayət qədər yüksək səviyyəli xidmətlər təklif edən nisbətən ucuz hostellər də var. Bəxtiniz gətirsə, münasib qiymətə mərkəzin yaxınlığında kirayə mənzil də tapa bilərsiniz.

Вид города Бильбао
© Sputnik / Aleksandr Vilf
Bilbao şəhəri

Nələri görmək lazımdır?

Bilbaoya ən çox çimərlik tətili üçün gedirlər. Lakin burada görməli yerlər də var. Qədim tikililər və müasir binalar, möhtəşəm memarlıq və müasir incəsənət obyektləri özünəməxsus eklektizm yaradır və turistlərə tam emosional məmnunluq hissi verir.

Bəlkə də Basklar ölkəsi paytaxtının əsas görməli yeri onun Quggenhaym Muzeyidir - sərgilərindən çox muzey binasının özünə görə. Bina tamamilə təsəvvüredilməz konturlara malikdir və ən ağlasığmaz ölçülərin kəsişməsini təcəssüm etdirir. Muzey binasını ətrafında dolanmaq vacibdir, çünki durduğunuz hər yeni nöqtədən bu tikili tamamilə fərqli bir formada görünür. Muzeyin yaxınlığında isə canlı çiçəklərdən yaradılmış “Küçük” adlı məşhur heykəltəraşlıq əsərini seyr edə bilərsiniz.

Цветочная клумба в виде фигуры щенка у входа в музей Гуггенхайма в Бильбао
© Sputnik / Aleksandr Vilf
Quggenhaym Muzeyinin girişindəki “Küçük” adlı heykəltəraşlıq əsəri
Sadə və heç bir bəzəyi olmayan Biskay körpüsü İspaniyanın ən unikal tikililərindən biridir. Nervion çayının üzərindən keçən bu körpü Portuqalete və Las-Arenas şəhərlərini birləşdirir.

İki qoşalaşmış 60 metrlik metal qüllələr Biskay körpüsünə dayaq kimi xidmət edirlər.  Onların arasından isə xüsusi bir parabola fiqurunu formalaşdıran polad kabellər uzanır. Körpünün qüllələrində liftlər var. Turistlər bu liftlər vasitəsilə 50 metr yüksəkliyə qalxa, körpü platforması boyunca gəzə, limanı və körfəzi seyr edə bilərlər.

На одной из улиц Бильбао
© Sputnik / Aleksandr Vilf
Bilbaoda küçə

Kampo Volantin Körpüsü isə yalnız piyadalar üçün nəzərdə tutulmuş tağlı asma körpüdür. Körpü 1997-ci ildə məşhur memar Santyaqo Kalatravanın layihəsi əsasında inşa edilib. Bu tikilinin əsas platforması polad kabellərlə dəstəklənir. Bu yer müasir Bilbaonun rəmzidir və buna görə də turistlər arasında çox məşhurdur. Eyni zamanda, insanlar bu körpünün yararsız olduğunu danmırlar - yağış zamanı onun üzərində gəzmək təhlükəli, amma çox gözəldir. Qaranlıqda onun şüşə fraqmentləri parıldayaraq, ağ körpünün qara su ilə təzadını vurğulayır.

Qotik memarlığının həvəskarlarına XVII əsrdə inşa edilmiş Beqonya Ana Bazilikasını və onun hündür zəng qülləsini görmək məsləhətdir. Zəng qülləsinin saatı 24 zəng vasitəsilə yeddi fərqli melodiya çalır. 

San-Visente-de-Martir-Abando kilsəsi isə bask qotik memarlığının nümunəsi hesab olunur. Onun inşası 1549-cu ildə başlayıb və binalar kompleksi daim yeni tikililərlə tamamlanıb.

Basklar muzeyində qədim bask xalqının həyati, adət-ənənələri və mədəniyyəti təqdim edilir. Nümayiş edilən kolleksiyalar qədim və orta əsrləri, XVIII-XIX əsrləri və müasir bask mədəniyyətini əhatə edir. Burada keramika, toxuculuq, mebel, daxili və məişət əşyaları, bask xalqının bayram və gündəlik geyimlərini görə bilərsiniz.

Новая площадь (Plaza Nueva) в Старом городе в Бильбао
© Sputnik / Grigoriy Syisoev
Bilbaoda yeni meydan

Bilbao və onun ətraf rayonlarının hamısını bir baxışda görmək üçün, turistləri 3 dəqiqəyə Arçanda dağına aparan funikulyordan istifadə edə bilərsiniz. Dağın başında kiçik bir park və müşahidə meydançası var. Buradan açılan gözəl panoramik mənzərələrin fotoşəkillərini çəkmək istəyi insanı tərk etmir.

Nəyin danına baxmaq olar?   

Bask mətbəxinin əsasını dəniz məhsulları təşkil edir. Yerli aşpazlar onlardan inanılmaz dərəcədə ləzzətli yeməklər, eləcə də, müxtəlif inqrediyentlərdən istifadə edərək pinço adlı müxtəlif içlikli kiçik sendviçlər hazırlayırlar. Burada fantaziya heç bir sərhəd tanımır - qonaqlara çox sayda pinço növləri təklif edilir, bəzi kiçik restoranlarda isə bu yemək hətta müştərinin reseptinə uyğun olaraq hazırlanır. 

Merkado-de-la-Ribera bazarı isə yaxşı yeməyi sevənlər və eyni zamanda pula qənaət etmək istəyənlər üçün əsl cənnətdir. Bu bazar 1990-cı ildə Avropada təzə qidalar satılan ən böyük bazar olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Burada ət, balıq, dəniz məhsulları, tərəvəz, göyərti ala bilərsiniz. Satıcılar isə ən yaxşı məhsullar barədə məsləhət verməklə yanaşı, həm də onları necə bişirməyi izah edəcəklər.

Мясной магазин в Бильбао
© Sputnik / Grigoriy Syisoev
Bilbaoda bazar

Özünüz bişirməyi planlaşdırmırsınızsa, onda bir çox restoran və kafe sizin xidmətinizdədir. Burada məşhur ispan və ənənəvi bask mətbəxinin yeməklərini – çanqurro adlı krab yeməyini, bakalao pil-pil yağda treska balığını, tunalı marmitako yeməyini dada bilərsiniz. Desert olaraq tərkibində albalı və ya qoyun südündən hazırlanmış kuahada pudinqi olan ənənəvi bask piroqunu dadmaq məsləhətdir.

Futbol

Bilbaonu təmsil edən “Atletik” klubu futbol dünyasında yalnız meydandakı uğurları ilə tanınmır. Klub heyətində oynamaq üçün yalnız baskları və ya bask əsilli əcnəbiləri dəvət edir. Lakin istənilən ölkədən olan mütəxəssis komandaya məşqçilik edə bilər.

Heyətin formalaşmasına bu cür yanaşma “Atletika”in İspaniyada ən titullu klublarından biri olmasına mane olmur. Klub səkkiz dəfə İspaniya çempionu olub və “Real Madrid” və “Barselona” kimi heç vaxt elit divizionu tərk etməyib.

Müxtəlif dövrlərdə “Atletik”in şərəfini Andoni Goykoeçea, Xavyer Irureta, Ernesto Valverde, Andoni Subisarreta, Fernando Llorente kimi ulduz futbolçular qoruyublar. İspaniya çempionatının ən yaxşı oyunçularına verilən mükafat isə bask klubunun əfsanəvi hücumçusu Piçiçinin adını daşıyır.

Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək San-Mames Stadionu 2013-cü ildə açılıb.

Стадион Сан-Мамес
© Sputnik / Grigoriy Syisoev
San-Mames Stadionu

Arenanın tutumu 53 min tamaşaçıdan çoxdur. “AVRO-2020”yə ev sahibliyi edəcək digər stadionlar kimi, San-Mames Stadionunda da üç qrup mərhələsi görüşü və bir pley-off oyunu baş tutacaq. İyunun 28-də burada 1/8 final oyunu keçiriləcək.