06:55 21 Noyabr 2019
Budapeştdə Macarıstan parlamentinin binası

AVRO-2020 şəhərləri: Budapeşt

© Sputnik / Aleksey Danichev
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Qədim hunların varislərinin yaşadığı Dunay sahilindəki inci – Macarıstan paytaxtının səyahət bələdçisi

Budapeşt möhtəşəm arxitekturası, çoxsaylı mineral bulaqları və bənzərsiz mətbəxi ilə dünyanın hər yerindən turistləri cəlb edir. Əzəmətli Dunay çayı, onun sahillərində yerləşən Macarıstanın paytaxtı, saraylar və parklar, küçə və meydanlar, muzeylər, pablar və başqaları 2020-ci ilin yayında “AVRO” azarkeşlərinin yolunu gözləyəcəklər.

Necə getmək olar?

Ferens List Beynəlxalq Hava Limanı Budapeştdən 16 km şərqdə yerləşir. Buradan avtobus və taksi ilə, və ya 7-10 nəfərlik qrup transferləri vasitəsilə şəhərə getmək olar.

Транспортное движение на мосту Свободы в Будапеште.
© Sputnik / Aleksey Danichev
Budapeştdəki Azadlıq Körpüsündə nəqliyyatın hərəkəti

Unutmayın ki, şəhərdə ictimai nəqliyyatdan istifadə üçün bütöv bir bilet və gediş kartı sistemi fəaliyyət göstərir.   

Bir səfər üçün birdəfəlik bilet, nəqliyyat növünü dəyişmə hüququ verən bilet, bir, üç və ya yeddi günlük gediş biletini ala bilərsiniz.

“Budapest card” adlı turist kartını xüsusilə qeyd etmək lazımdır. Bu kart ictimai nəqliyyatın bütün növlərindən istifadə etməyə, muzeylərə pulsuz daxil olmağa, pulsuz olaraq ekskursiyalarda və s. Iştirak etməyə imkan verir.

Valyuta

Macarıstan Avropa İttifaqının (Aİ) üzvü olsa da, onun ərazisində valyuta kimi avro yox, forint adlı yerli puldan istifadə olunur. Şəhərin mərkəzindəki mübadilə məntəqələrindən istifadə etmək daha sərfəlidir. Nəzərdə saxlayın ki, iki qonşu mübadilə məntəqəsində məzənnələr arasında 5-8 forint dəyərində fərq ola bilər. Komissiya haqqında da unutmayın - demək olar ki, bütün valyutadəyişmə məntəqələrində komissiya haqqı mövcuddur.

Harada yerləşmək olar?

Budapeşt populyar bir turizm məkanıdır. Buna görə də şəhərdə demək olar ki, hər zövqə və büdcəyə uyğun mənzil tapmaq olar. Otellərin qiyməti və keyfiyyəti baxımından Macarıstanın paytaxtı Avropada ilk yerlərdən birini tutur. Şəhərdə münasib qiymətə yüksək səviyyədə xidmət göstərən bir çox üçulduzlu otel var. Dördulduzlu və beşulduzlu otellərin əksəriyyətinin öz spa kompleksləri var.

Вид на район Буда в Будапеште
© Sputnik / Aleksey Danichev
Budapeştin Buda rayonu

Yaşayış üçün ən çox seçilən variant apartamentlərdir. Apartamentlərin qiymətləri otellərə nisbətən daha aşağıdır, lakin bu rahatlığa təsir göstərmir. Avropanın başqa yerlərində olduğu kimi Budapeştdə də bir çox hostellər var ki, orada yerləşməklə pulunuza qənaət edə biləcəksiniz.

Nəyi görmək lazımdır?

Macarıstan paytaxtındakı bütün maraqlı yerlərdən danışmaq silsilə materiallar lazımdır. Lakin bildiyimiz kimi, yüz dəfə oxumaqdansa bir dəfə görmək yaxşıdır.

Buda qalası və balıqçı istehkamı, Dunay sahilinin mərkəzi hissəsi, UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Andraşi prospekti, Zəncirli körpü və Marqit adası, parlament binası və Müqəddəs İştvan bazilikası, Vatsi piyada küçəsi və Qellert dağ mağaraları – bunlar Budapeştdə görməli yerlərdən yalnız bir neçəsidir.

  • Dunay çayı
    Dunay çayı
    © Sputnik / Aleksey Danichev
  • Balıqçı İstehkamı ərazisində turistlər
    Balıqçı İstehkamı ərazisində turistlər
    © Sputnik / Aleksey Danichev
  • Qellert dağının ətəyində Mağara Məbədi
    Qellert dağının ətəyində Mağara Məbədi
    © Sputnik / Aleksey Danichev
  • 

Müqəddəs Matiaş Kilsəsi və Müqəddəs İştvanın at üzərində heykəli
    Müqəddəs Matiaş Kilsəsi və Müqəddəs İştvanın at üzərində heykəli
    © Sputnik / Aleksey Danichev
  • Azadlıq Körpüsü
    Azadlıq Körpüsü
    © Sputnik / Aleksey Danichev
1 / 5
© Sputnik / Aleksey Danichev
Dunay çayı

Orta əsr memarlığı şəhərin ümumi görünüşünə orqanik şəkildə qarışır: burada bir çox abidə və tarixi tikililər fəvvarələr və müasir incəsənət obyektləri ilə yan-yanadır. Müxtəlif muzeylər, hamamlar, parklar və ekskursiya marşrutları hətta ən tələbkar səyahətçilərin belə könlünü oxşayacaq.

Son illərin əsas trendlərindən biri “xarabalıq- pab”lardır. Bu pabların interyeri adət etdiyimiz analoji yerlərin daxili görünüşündən çox fərqlənir: yarı dağılmış divarlar, əlaltı materiallarından hazırlanmış mebel, salonlarda köhnəlmiş əşyalar özünəməxsus ab-hava yaradır.

Ümumiyyətlə, tətilin hansı növünü seçməyinizdən asılı olmayaraq – istər ekskursiyalar və ya alış-verişlər, istərsə də parklarda gəzinti və ya “selfi” üçün mükəmməl yer axtarışı olsun - Budapeştdə hər zövqə uyğun əyləncə tapacaqsınız!

© Sputnik / Aleksey Danichev
Budapeştdə körpü

Nəyi dadmaq olar?

Macarıstanda ət bişirməyi çox sevirlər və bacarırlar. Milli mətbəxin əsas yeməyi isə qulyaşdır. Budapeştdə turistlərə iki növ qulyaş - qatı şorba və ya daha da qatı raqu şəklində. Yerli qastronomiyanın başqa bir vizit kartı içi düyü, ət və göyərti ilə doldurulmuş paprikadır (şirin bibər).

Budapeştin əsas turizm yerlərinin ətrafında hər zaman müxtəlif zövqə və ehtiyaclara cavab verən kafe və restoranlar tapa bilərsiniz. Burada bir çox növ pendirin, ənənəvi kolbasaların, ləzzətli yeməklərin və hətta qayğanaqlı dondurmanın dadına baxa bilərsiniz.

© Sputnik / Aleksey Danichev
Budapeştin Mərkəzi örtülü bazarı yaxınlığındakı küçədə dincələn insanlar

Ən məşhur tünd spirtli içkilər Tokay çaxırı, otlu likör və palinkadır.

Şərabı da pivə kimi çoxsaylı pablarda dadmaq olar. Bir şüşə likör isə Macarıstan paytaxtına səyahətdən gətirə biləcəyiniz ən yaxşı suvenir olacaq.

Futbol

Qrup mərhələsinin üç matçına və “AVRO”nun 1/8 final mərhələsinin bir görüşünə ev sahibliyi edəcək stadion 1953-cü ildə açılmış köhnə stadionun yerində tikilməkdədir. Tikinti 2019-cu ildə başa çatmalı və yeni arenanın tutumu 65 min tamaşaçı olmalıdır.

Macarıstan millisinin əfsanəvi hücumçusu Ferens Puşkaş Budapeştdə anadan olub. Yeni stadion məhz onun adını daşıyacaq. Puşkaş yerli “Honved” klubunda 354 oyunda 357 qola, Macarıstan millisinin heyətində isə 85 görüşdə 84 qola imza atıb.

sampics
AVRO-2020-nin talismanı Skillzi