AVRO-2020 şəhərləri: Kopenhagen

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidКанал Nyhavn (Новая гавань) в Копенгагене
Канал Nyhavn (Новая гавань) в Копенгагене - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən xoşbəxt şəhəri futbol azarkeşlərinin yolunu gözləyir - Danimarka paytaxtının səyahət bələdçisi

Turistlər Kopenhageni dünyanın ən xoşbəxt şəhərlərindən biri hesab edirlər. Məşhur ədib Hans Kristian Andersenin yaşadığı və işlədiyi bu şəhərə gələn səyahətçilər uşaqlıq arzularına düşürlər. Kopenhagen hər bir qonağına xüsusi bir hekayə danışacaq, müsbət emosiyalar və bir daha buraya qayıtmaq arzusunu bəxş edəcək.

Oraya necə getmək olar?

Kastrup Hava Limanı Kopenhagendən 10 kilometr aralıda yerləşir, buna görə də şəhər mərkəzinə metro və ya elektrik qatarı ilə getmək olar. Səfər cəmi 15 dəqiqə çəkəcək. Avtobusla isə səfər müddəti iki dəfə uzun olacaq, lakin bunun hesabına Danimarkanın paytaxtı ilə ilkin tanışlıq üçün daha çox vaxt əldə edəcəksiniz.

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKopenhagendə metro
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendə metro

Harada yerləşmək olar?

Ailə ilə və ya böyük bir qrup şəklində səfər edirsinizsə mənzil kirayələmək əla bir seçim olacaq. Siz həm şəhərin mərkəzində, həm də şəhərdən kənarda mənzillər tapa bilərsiniz. Şəxsi mənzil reklamlarını axtarmaq üçün onlayn xidmətlərdən də istifadə edə bilərsiniz - bəzən orada olduqca ucuz seçimlər olur.

© Sputnik / Sergey Subbotin / Mediabanka keçidKopenhagenin mərkəzi
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagenin mərkəzi

Nəyi görmək lazımdır?

Kopenhagen sanki piyada gəzinti və velosiped sürmək üçün yaradılıb. Köhnə şəhərin mürəkkəb memarlığı, çoxsaylı kanalların mənzərəli sahilləri, Kristiania məhəlləsindəki sərbəstlik atmosferi, yaşıl parklar, geniş meydanlar, külək dəyirmanları – bütün bunlar Danimarka paytaxtının təsvirolunmaz simasını formalaşdırır. 

Şəhər məkanının vacib bir elementi velosiped yollarıdır ki, onların da uzunluğu təxminən 400 kilometrdir. Yerli əhali şəhərdə velosipedlə səyahət etməyi üstün tuturlar – bu rahat, qənaətcil, sağlamlıq və ətraf mühit üçün faydalıdır. Şəhərdə velosiped axınına qoşulmaq istəyən turistlər diqqətli olmalıdırlar – danimarkalılar velosipedlərini yüksək sürətlə sürürlər, buna görə də “yol-velosiped qəzası” riski çoxdur.

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid"Nyhavn" (Nyuhavn) kanalının yaxınlığında velosiped sürən qız
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
"Nyhavn" (Nyuhavn) kanalının yaxınlığında velosiped sürən qız

Kopenhagendə iki təkərli nəqliyyat vasitəsini icarəyə götürmək asandır: dayanacaqlar şəhərin hər bir tərəfində var. Bütün velosipedlər naviqasiya sistemi olan planşetlərlə təchiz olunub, buna görə də şəhəri itmək təhlükəsi olmadan öyrənə bilərsiniz. Sahil boyunca cənuba doğru səyahət mükəmməl bir marşrut olacaq - paytaxtın mərkəzindən cəmi 18 kilometr məsafədə mənzərəli Draqer kəndi yerləşir. Burada liman muzeyini ziyarət edə, daş döşənmiş küçələri gəzib yerli təamları dada bilərsiniz.   

Danimarka paytaxtında görməli yerlərin sayı çoxdur. Bunlardan ən tanınmışı Andersenin nağılının qəhrəmanı olan Su pərisinin heykəlidir. Kopenhagenin mərkəzində yerləşən Langelinie körpüsündə böyük ədibin ölməz əsərinin əsas personajının obrazını görə bilərsiniz. Bu heykəl o qədər məşhurdur ki, bir çox şəhərlərdə onun surətləri mövcuddur.       

© © SPUTNIK / VLADIMIR ASTAPKOVICHSu pərisinin heykəli
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Su pərisinin heykəli

Yaxınlıqda fontanlı sakit yaşıl Amali parkı, onun arxasında isə Nyuhavn körpüsü yerləşir. Burada qayıq icarəyə götürə, kanallar boyunca gəzintiyə çıxa və Danimarka paytaxtının mərkəzini sudan izləyərək özünüzə daha bir marşrut təyin edə bilərsiniz.

© © Sputnik / Aleksey KudenkoKopenhagendəki yeni liman
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendəki yeni liman

Şəhəri həmçinin məşhur Dairəvi qüllədən seyr edə bilərsiniz. Bu qüllə dünyada pilləkənləri olmayan yeganə qüllədir. Onun üst hissəsindəki müşahidə göyərtəsinə spiral pandusla qalxa bilərsiniz. Qüllənin ətrafında kafe və mağazalar var. Yaxınlıqda isə Rosenborq sarayı və Kral bağı yerləşir. Burada kral ləl-cəvahiratları muzeyi mövcuddur.

Kopenhagendə çoxlu sayda muzey var – burada Andersenin nağıllar muzeyi, dünyaca məşhur şah əsərlərini nümayiş etdirən Dövlət İncəsənət Muzeyi, qeyri-adi əşyalar, tapmacalar, rebuslar kolleksiyası ilə Robert Ripley muzeyi, Ginnesin rekordlar muzeyi və digər muzeylər var.

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidKopenhagendəki Amalienborq sarayı önündə qarovulçu
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendəki Amalienborq sarayı önündə qarovulçu

Danimarka paytaxtının daha bir diqqətəlayiq yeri bir çox restoran və dükanların yerləşdiyi Stroqet piyada küçəsidir. Burada həmişə çox sayda turist olur, sənətçilər və musiqiçilər isə küçə tamaşaları təşkil edirlər.

Paytaxtın şimal-qərbində orta əsrlərə aid Kronborq qalası yerləşir. İngilis dramaturqu Uilyam Şekspirin “Hamleti”nin hadisələri məhz bu qalada baş verir. Qalanın dərinliklərində bir yerdə böyük döyüşçü və ölkənin müdafiəçisi danimarkalı Holgerin və ya digər adı ilə danimarkalı Ogierin yatdığına dair əfsanə var.

Hər il Kronborq qalasına yüz minlərlə turist gəlir. Kral otaqları, çoxsaylı zallar, sirli zindanlar və istehkamlar onlar üçün açıqdır. Qalanın ən gözəl yeri 62 metr uzunluğunda olan bal zalıdır.

Tivoli əyləncə parkını ziyarət etmək üçün bir gün ayırmaq yaxşı olardı. 1843-cü ildə açılmış park mərkəzi vağzalın qarşısında yerləşir. Hans Kristian Andersen özü tez-tez burada gəzib, məşhur animator Uolt Disney isə Tivoliyə yeni fikirlər üçün gəlirdi.

Şəhərətrafında yerləşən unikal Maral parkı ilə tanış olmaq üçün çox vaxt tələb olunacaq. Buraya qatarla gələ, piyada və ya velosipedlə parkda dolaşa bilərsiniz. Meşə parkında iki minə yaxın maral yaşayır ki, bu da onlara yaxınlaşaraq fotolar çəkmək imkanını verir. Parkın şərq hissəsi müəyyən məsafədən xüsusilə mənzərəli görünən Öresund boğazına aparır.

© © SPUTNIK / VLADIMIR ASTAPKOVICHKopenhagendə Tivoli şəhər parkı
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendə Tivoli şəhər parkı

Nəyi dadmaq olar?

Danimarkada balıqların milli mətbəxin əsasını təşkil etdiyini başa düşmək üçün Avropa xəritəsinə bir nəzər yetirmək kifayətdir. Məşhur Danimarka siyənəyi haqqında kim eşitməyib ki? Deyilənə görə, burada siyənəyi bişirməyin 60 üsulu var!

Qızardılmış siyənəyi müxtəlif souslarla demək olar ki, hər yerdə satırlar. Bu ənənəvi milli yeməyin 10-dan çox təqdimat yolu var. Siyənək salatları, şərab sousunda siyənək filesi, turşu siyənək və hətta qızardılmış siyənəkdən hazırlanan sendviç – bu Kopenhagendəki bir çox restoranın menyusunda tapa biləcəklərinizin tam siyahısı deyil. Məşhur Danimarka sendviçləri zəngin içlikləri ilə qurmanları heyrətləndirir. Yerlilər taxıl çörəyinin üzərinə hər şey - siyənək və ya digər balıq ətini, yumurta, pendir və qızardılmış ət qoyurlar. Burada hər küncdə satılan və ölkə sakinlərinin sevdikləri Danimarka hot-doqlarını da qeyd etmək lazımdır.

Yerli mətbəxin başqa bir təamı Koldskol adlı soyuq şorbadır. Bu şorba az yağlı qaymaq, yumurta sarısı, çiyələk, peçenye və şəkər əlavə edilərək hazırlanır. Nəticədə yayın istisində sərinləşməyə kömək edən çox təravətli bir yemək alınır.

© © Sputnik / Maksim Bogodvid"Hot-dog"un hazırlanması
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
"Hot-dog"un hazırlanması

Danimarkada ən populyar ət növü donuz ətidir. Kopenhagendə və onun ətrafında demək olar ki, istənilən yerdə pivədə marinad edilmiş elbens qabırğalarını, xırtıldayan steq-flesk döş əti qızartmasını və ya qızardılmış eble-flesk dilimlərini dadmaq olar.

Burada desertləri də sevirlər. Danimarkalıların ən çox bəyəndiyi düyü pudinqləridir. İstənilən çörəkçidə və ya şirniyyat dükanında hər cür bulka, peçenye, pryanik, blinçik və kokosla hazırlanan məşhur Danimarka kekslərini dada bilərsiniz.

Pivə Danimarka mətbəxində xüsusi bir yer tutur: yerlilər onu nəinki içirlər, həm də ondan müxtəlif yeməklər hazırlamaq üçün istifadə edirlər. Əti pivədə marinad edirlər və bişirirlər, souslara pivə əlavə edirlər, hətta sıyıq hazırlayanda pivədən istifadə edirlər! 

© © SPUTNIK / VLADIMIR ASTAPKOVIChKopenhagendə kafe
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendə kafe

Yeri gəlmişkən, pivədə isladılmış çovdar çörəyindən hazırlanan və səhərlər çırpılmış qaymaqla süfrəyə verilən ellebröd sıyığı hələ vikinqlər dövründə Danimarkada yeyilib. 

Futbol

Şimalda yerləşməsinə baxmayaraq, Danimarkada futbolu sevirlər. Əsas paytaxt derbisi ölkənin ən titullu iki klubu olan “Kopenhagen” və “Brondbü”nün qarşıdurması hesab olunur.

Bir çox danimarkalı futbolçu dünyaca məşhurdur: Peter Şmeyxel, Yon-Dal Tomasson, Mikael Laudrup və başqaları Avropa futbolunun əsl ulduzlarına çevriliblər.

AVRO-2020-nin 3 qrup mərhələsi oyununa və 1/8 final görüşünə ev sahibliyi edəcək “Parken” stadionu şəhər məkanına o qədər ahəngdar şəkildə uyğunlaşıb ki, ilk baxışdan onun idman məkanı olduğunu anlamırsan. Arena şəhərin mərkəzində, “Felledpark” parkının yanında yerləşir. Matçın başlanmasını burada gözləmək olar.

© © Sputnik / VLADIMIR PESNYAKopenhagendə “Parken” stadionu
AVRO-2020 şəhərləri: Kopenhagen - Sputnik Azərbaycan
Kopenhagendə “Parken” stadionu
Xəbər lenti
0