01:42 27 Noyabr 2020
AVRO-2020-nin rəsmi topu

AVRO-2020-nin pley-off matçlarında hansı millilər oynayacaq

© Sputnik / Aleksandr Vilf
XƏBƏRLƏR
Qısa URL
35 0 0

Pley-off oyunlarında AVRO-2020-nin son dörd iştirakçısı müəyyənləşəcək. Hazırda vəziyyət necə olduğunu öyrənin

UEFA Millətlər Liqası qruplarının 16 qalibinin hamısına AVRO-2020 çərçivəsində pley-off oyunlarında yer təmin edilir. Lakin pley-offun tərkibi Avropa təsnifat mərhələsinin nəticələrindən asılıdır.

Avropa təsnifat mərhələsinin turnir cədvəlinə əsasən, pley-offa keçən millilər bunlardır:

“A” yolu: İslandiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*

“B” yolu: Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya

“C” yolu: Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*

“D” yolu: Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus

*Bolqarıstan, İsrail və Macarıstan və Rumıniya millilərinin taleyi püşkatmada məlum olacaq. Onlardan biri “C” yolunda, digər üçü “A” yolunda yer alacaq.

Ümumilikdə 55 milli komanda, o cümlədən Millətlər Liqası qruplarının 16 qalibi birbaşa AVRO-2020-nin final mərhələsinə yüksələ bilərdi. Avropa təsnifat mərhələsinin hər qrupundan iki ən güclü komanda qitə birinciliyinə birbaşa yollanacaq.

“AVRO”ya aparan daha dörd vəsiqə qalır ki, onlar da pley-off matçlarında oynanacaq. Nəzəri olaraq Millətlər Liqasının hər divizionunun öz pley-off mərhələsi keçirilir.

Millətlər Liqası qruplarının qalibləri

“A” liqası: İngiltərə, Niderland, Portuqaliya, İsveçrə

“B” liqası: Bosniya və Herseqovina, Danimarka, Ukrayna, İsveç

“C” liqası: Finlandiya, Norveç, Serbiya, Şotlandiya

“D” liqası: Belarus, Şimali Makedoniya, Gürcüstan, Kosovo

Pley-off oyunları hələ 2020-ci ilin martında – yəni Avropa təsnifat mərhələsinin başa çatmasından SONRA keçiriləcək. Millətlər Liqası qrupunun qalibi AVRO-2020-yə birbaşa Avropa təsnifat mərhələsindən keçərsə, pley-off oyunlarında onun yerini həmin liqada ən yaxşı reytinqə malik olan növbəti komanda alır.

Qeyd: Komandalar qrupdakı yerlərindən, toplanılan xallardan, vurulan və buraxılan qollar arasındakı fərqdən, vurulan qolların sayından və s. asılı olaraq 1-dən 55-ə qədər reytinq alacaqlar.

Liqada pley-off oyunları üçün dörd komanda yığılmasa (məsələn, “A” liqasının 12 komandasından 11-i AVRO-2020-yə təsnifatdan keçsə), qalan yerləri Millətlər Liqasındakı reytinqlərinə görə növbəti ən güclü liqanın komandaları alacaq.

Bununla yanaşı, qrup qalibləri yuxarı liqaların komandaları ilə pley-off matçlarında oynaya bilməzlər. Beləliklə, qrupun ən azı bir qalibi pley-off matçlarına çıxırsa və həmin millinin liqasından rəqib cütlər formalaşdırmaq üçün komandaların sayı kifayət etmirsə, boş yerləri aşağı liqanın komandaları dolduracaqlar.

Əsas tarixlər

22.11.2019: Avropa təsnifat mərhələsində pley-off oyunlarının püşkatması

30.11.2019: “AVRO-2020”nin final mərhələsinin püşkatması

26.03.2020: Avropa təsnifat mərhələsində pley-off oyunlarının başlaması

01.04.2020: Final mərhələ üçün əlavə püşkatma (zəruri halda)

12.06.2020: “AVRO-2020”nin açılış matçı, “Olimpiko” Stadionu, Roma

12.07.2020: Final, “Uembli” Stadionu, London

Pley-off oyunları necə keçiriləcək?

Hər liqanın pley-off mərhələsində ən yüksək reytinqli komanda ən aşağı reytinqə malik komandaya qarşı oynayacaq. Reytinqdə ikinci və üçüncü pillələrdə yer alan milli komandalar digər bir yarımfinal cütlüyü təşkil edəcəklər.

Əvvəlki illərin pley-off oyunlarından fərqli olaraq burada hər şey bir matçda həll olunacaq. Daha yüksək reytinqə malik komandalar yarımfinallara ev sahibliyi edəcəklər, finalların ev sahibləri isə 2019-cu il noyabrın 22-də keçiriləcək püşkatmada əvvəlcədən müəyyənləşəcəklər.

Bəs Millətlər Liqasının final mərhələsi necə olacaq?

Millətlər Liqasının final mərhələsi 2019-cu ilin iyununda Portuqaliyada keçirilib. Bu mərhələ “A” liqasının pley-off oyunları ilə eyni deyil və finalın qalibi (Portuqaliya) AVRO-2020-yə avtomatik olaraq vəsiqə qazanmır.