01:17 22 Yanvar 2021

Türkiyə və Fransa AVRO-2020-nin final mərhələsinə çıxıblar

© Powered by UEFA.com / ©AFP/Getty Images
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Daha iki futbol yığması 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində İslandiya komandası ilə heç-heçə oynayaraq turnirin final mərhələsinə vəsiqə qazanıblar.

H qrupunda doqquzuncu turun Türkiyədə keçirilmiş görüşü 0:0 hesabı ilə başa çatıb.

Keçirilmiş doqquz oyundan sonra türklər 20 xal toplayaraq turnir cədvəlinə başçılıq edirlər. İkinci yerdə qərarlaşan fransızlar onlardan 1 xal geri qalırlar, lakin Fransa bir oyun az keçirib. Doqquz oyundan 16 xal toplamış islandlar üçüncü yerdədirlər. Onlar fransızlara şəxsi görüşlərin nəticələrinə görə də uduzurlar.

Beləliklə, seçmə mərhələnin sonuna bir tur qalmış Türkiyə və Fransa yığmaları Avropa çempionatının final hissəsinə vəsiqəni təmin ediblər.