02:18 22 Yanvar 2021

Monteneqrolular ilə oyun ingilislərin beynəlxalq arenada keçirdikləri 1000-ci görüş olub

© Powered by UEFA.com / ©Getty Images
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Futbol üzrə İngiltərə yığmasının keбirdiyi ilk oyun təxminən 147 il əvvəl, 1872-ci il noyabrın sonunda olub.

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun İngiltərə yığması üçün beynəlxalq arenadakı 1000-ci görüş olub.

A qrupunun oyunu noyabrın 14-də Londonun “Uembli” stadionunda baş tutub. Oyuna ingilis futbolçular maykalarında 1000-ci oyunun şərəfinə xüsusi nömrələrlə çıxıblar.

Monteneqrolular ilə oyuna qədər ingilislər 999 oyunun 568-də qalib gəliblər. Öz tarixində ilk oyunu İngiltərə yığması Şotlandiya ilə 1872-ci il noyabrın 30-da keçirib, ilk qələbəsini isə 1873-cü ilin martında 4:2 hesabı ilə Şotlandiya üzərində qazanıb. İngilislər ən böyük hesablı məğlubiyyətə 1954-cü ilin mayında uğrayıblar. Macarıstan yığması onlara 7:1 hesabı ilə qalib gəlib.

Öz tarixi ərzində İngiltərə millisi 24 iri turnirdə - 15 dünya çempionatında və 9 Avropa birinciliyində iştirak edib. 1966-cı ildə ingilislər ilk və son dəfə dünya çempionatının qalibi olublar və bu turnir məhz İngiltərədə keçirilib.

Ümumiyyətlə İngiltərə yığmasının şərəfini indiyədək 1244 futbolçu qoruyub. Keçirdiyi oyunlara görə rekordçu qapıçı Piter Şiltondur. O, 1970-ci ildən 1990-cı ilədək 125 görüş keçirib. İngiltərə millisinin ən güclü bombardiri 120 matçda 53 qol vurmuş Ueyn Runidir.

Öz tarixi ərzində İngiltərə yığmasına 19 məşqçi başçılıq edib və onlardan yalnız ikisi əcnəbi mütəxəssis olub - isveçli Sven-Yoran Eriksson və italyan Fabio Kapello. 1872-ci ildən 1939-cu ilədək İngiltərə yığmasının baş məşqçisi olmayıb, komandaya daxili komitə başçılıq edib. İngiltərə milli komandasının ilk baş məşqçisi 1946-cı ildə Uolter Uinterbottom olub. Mütəxəssis komandaya 16 il ərzində başçılıq edib və bu indiyədək milli rekorddur.

Ümumilikdə isə beynəlxalq arenada ən çox oyun keçirən Braziliya yığmasıdır, Braziliyalılar indiyədək 1113 görüş keçiriblər.