02:09 22 Yanvar 2021

İngiltərə AVRO-2020-nin seçmə oyununda Kosovonu darmadağın edib

© Powered by UEFA.com / ©Getty Images
XƏBƏRLƏR
Qısa URL
11 0 0

İngiltərə millisinin oyunçuları 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki son oyununda səfərdə Kosovo komandasına böyük hesabla qalib gəliblər.

Bazar günü Priştinada keçirilmiş A qrupunun oyunu ingilislərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Harri Uinks (32-ci dəqiqə), Harri Keyn (79), Markus Reşford (83) və Meyson Munt (90) vurublar.

Bu qrupun digər oyununda Bolqarıstan yığması öz meydançasında çexlərə qalib gəlib - 1:0.

Təsnifat mərhələsinin nəticəslərinə əsasən AVRO-2020-nin final mərhələsinə A qrupundan birbaşa olaraq İngiltərə (21 xal) və Çexiya (15) yığmaları çıxırlar. Sonrakı yerləri Kosovo (11), Bolqarıstan (6) və Monteneqro (3) milliləri tuturlar.