Rusiya millisi AVRO-2020 təsnifatını darmadağınla başa çatdırdı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidФутболисты сборной России
Футболисты сборной России - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Rusiya yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin son oyununda San-Marinonu darmadağın edib.

I qrupunun San-Marinoda keçirilmiş görüşü 5:0 Rusiyanın xeyrinə başa çatıb. Qolları Daler Kuzyayev (3-cü dəqiqə), Sergey Petrov (19), Aleksey Mirançuk (49), Aleksey İonov (56) və Nikolay Komliçenko (78) vurublar. Kuzyayev, Komliçenko və Petrov üçün bu, Rusiya millisinin heyətində debüt qolları olub.

Bu qruöun digər oyunlarında Belçika yığması evdə Kipr millisini darmadağın edib - 6:1, Şotlandiya isə öz meydançasında Qazaxıstan komandasına qalib gəlib - 3:1.

I qrupunda yekun vəziyyət belədir: 1. Belçika - 30 xal, 2. Rusiya - 24, 3. Şotlandiya - 15, 4. Kipr - 10, 5. Qazaxıstan - 10, 6. San-Marino - 0.

Belçika və Rusiya yığmala birbaşa AVRO-2020-yə çıxıblar.

Xəbər lenti
0