12:28 07 Dekabr 2019

UEFA AVRO-2020-nin seçmə mərhələsinin simvolik yığmasını təqdim edib

© AFP 2019 / HALLDOR KOLBEINS
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Oyunçuları təsnifat mərhələsinin simvolik millisinə düşən doqquz yığma komandadan biri AVRO-da oynamayacaq.

UEFA öz rəsmi saytında 2020-ci il Avropa çempionatının noyabr ayında başa çatmış seçmə mərhələsinin simvolik yığmasını təqdim edib. Yığmanın formalaşdırılmasında yalnız Avropa təsnifatının nəticələri nəzərə alınıb, UEFA Millətlər Liqası və yoldaşlıq oyunları isə hesaba alınmayıb.

AVRO-2020-NİN SEÇMƏ MƏRHƏLƏSİNİN SİMVOLİK YIĞMASI

Qapıçı: Andrey Pyatov (Ukrayna)

Müdafiəçilər: Serxio Ramos (İspaniya), Merih Dəmirəl (Türkiyə), Raqnar Siqurdsson (İslandiya)

Yarımmüdafiəçilər: Yannis Kusulos (Kipr), Bernardu Silva (Portuqaliya), Corcinio Veynaldum (Niderland), Eran Zahavi (İsrail)

Hücumçular: Rahim Sterlinq (İngiltərə), Harri Keyn (İngiltərə) və Memfis Depay (Niderland).