17:37 13 Dekabr 2019
Azarkeş AVRO-2020-nin oyununa bileti göstərir

AVRO-2020 oyunlarına növbəti biletlər üçün artıq gələn həftədən müraciət etmək olar

© Powered by UEFA.com.
XƏBƏRLƏR
Qısa URL
4010

Dekabrın 4-ü təsnifat mərhələsində uğur qazanmış komandaların azarkeşləri üçün futbol üzrə növbəti Avropa Çempionatına bir milyon bilet satışa çıxarılır.

UEFA AVRO-2020 təsnifat mərhələsini uğurla bitirmiş 20 komandanın xoşbəxt azarkeşləri 4 dekabr 2019-cu il, saat 14:00-dan (MAV) etibarən yalnız EURO2020.com vebsaytı vasitəsilə gələn yay keçiriləcək Avropa Çempionatının oyunlarına biletlər əldə etmək üçün müraciət edə biləcəklər. Bu müraciət mərhələsi 18 dekabr 2019-cu il, saat 14:00-da (MAV) bitəcək. Təsnifat mərhələsinin pley-off matçları vasitəsilə seçilən 4 komandanın azarkeşləri isə müraciətlərini 2020-ci il, mart ayının 26-dan 31-nə qədər keçiriləcək bu oyunlar bitdikdən dərhal sonra göndərə biləcəklər.

Yarışın bütün oyunlarına biletlərin yarısından çoxu ən əlverişli qiymət kateqoriyasına daxil ediləcək. Belə ki, qrup mərhələsi matçlarına biletlərin qiyməti 30 avrodan (Bakı, Buxarest və Budapeştdə keçirilən oyunlar üçün) 50 avroya qədər (digər ev sahibi şəhərlərdə keçirilən oyunlar üçün) olacaq. Yeri gəlmişkən, "asan" yerlərdən ötrü müraciət etmiş fiziki məhdudiyyətli insanlar və əlil arabası istifadəçiləri üçün mövcud olan biletlər oturacağın yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə satılacaq.

UEFA AVRO-2020 turnirinin 2019-cu ilin may ayında start götürmüş "Fans First" (Öncə azarkeşlər) bilet strategiyasının davamı olaraq, təsnifat mərhələsindən keçmiş komandaların azarkeşləri Londonun "Uembli" arenasında keçiriləcək yarımfinal və final oyunlarına cəmi 85 avro və 95 avro dəyərində olan "Fans First" biletləri üçün müraciət edə bilərlər. Onlar şərti biletlər kimi satılacaq və komandaları yarımfinal və finaldan öncə yarışı tərk edən azarkeşlərə biletlər üçün kompensasiya ödəniləcək.

UEFA AVRO-2020 rəsmi qonaqpərvərlik satış paketləri haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality veb-səhifəsinə daxil ola bilərsiniz. Bilet satışı üzrə ətraflı broşürü isə buradan yükləmək mümkündür.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatları tarixində ilk dəfə olaraq, turnirin 60 illik yubileyini qeyd etmək məqsədilə UEFA AVRO-2020-nin qitənin 12 şəhərində keçirilməsi qərara alınıb. Gələn yay oyunlara ev sahibliyi edəcək şəhərlər Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur. Azərbaycan paytaxtında, Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.