18:01 13 Dekabr 2019
Olimpiya Stadionu, arxiv şəkli

Kallen: AVRO-2020 dövründə Azərbaycana viza məsələsi hələlik həll olunmayıb

© AP Photo / Luca Bruno
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Futbol üzrə 2020-ci il Avropa çempionatı keçirilən dövrdə Azərbaycanla sadələşdirilmiş viza rejimi məsələsi hələlik həll olunmayıb. Bu barədə UEFA Events SA-nın rəhbəri (UEFA-nın tədbirlərin təşkili üzrə direktoru) Martin Kallen bildirib.

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatması şənbə günü Buxarestdə keçiriləcək. Rusiya, Belçika və Danimarka milliləri B qrupu üzrə sonuncu rəqiblərini tanıyacaqlar. Bu, ya Finlandiya, ya da Uels millisi olacaq. AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Bakı və sankt-Peterburq daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək.

"Azərbaycanla danışıqları davam etdiririk. Hazırda vəziyyət belədir ki, AVRO-2020-yə yola düşən azarkeşlərə viza üçün müraciət etməlidirlər. Görək prosedurları sadələşdirə biləcəyikmi. Ola bilsin, gələn həftə yeni məlumat olacaq", - Kallen jurnalistlərə bildirib.