21:58 11 Dekabr 2019
Stanislav Çerçesov, arxiv şəkli

Çerçesov AVRO-2020-nin püşkatmasından əvvəl azarkeşlərə avtoqraf paylayıb

© Sputnik / Aleksandr Vilf
XƏBƏRLƏR
Qısa URL
610

Azarkeşlər 2015/16 mövsümündə “Legia”nın Stanislav Çerçesovun rəhbərliyi altında əldə etdiyi qızıl dublu hələ də xatırlayırlar.

Rusiya milli futbol komandasının baş məşqçisi Stanislav Çerçesov bu gün Buxarestdə keçiriləcək 2020-ci il futbol üzrə Avropa çempionatının püşkatmasından əvvəl polşalı azarkeşlərə avtoqraf paylayıb.

Avropa çempionatının finalı üçün püşkatma şənbə günü Buxarestdə keçiriləcək. Rusiya, Belçika və Danimarka milli komandaları “B” qrupundakı son rəqiblərinin kim olduğunu biləcəklər. Bu ya Finlandiya, ya da Uels komandası olacaq.

AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək.

Çerşesov Rusiya heyətində sonuncu olaraq Buxarestə gəlib. Otelin girişində Çerşesov Rusiya millisinin yerli azarkeşlərinə və onu “pan Stas” kimi çağıran polşalı azarkeşlərə avtoqraflar paylayıb.

Rusiya futbol ittifaqının prezidenti Aleksandr Dyukov, Rusiya Premyer liqasının prezidenti Sergey Pryadkin və Rusiya Futbol İttifaqının baş katibi Aleksandr Alayev də Buxarestdədirlər.