14:24 10 Dekabr 2019
AVRO-2020-nin final mərhələsinin püşkatmasının nəticələri

AVRO-2020: Bakıya gələcək komandalar məlum oldu

© Sputnik / Grigoriy Sysoyev
XƏBƏRLƏR
Qısa URL
91 0 0

Rumıniyanın paytaxtında keçirilmiş püşkatma mərasimin nəticələrinə görə AVRO-2020-də milli komandaların düşdükləri qruplar bəlli olub.

Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşib. 

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş olunub.

Püşkün nəticələri isə belə olub:

A qrupu: İtaliya, İsveçrə, Türkiyə, Uels

B qrupu: Belçika, Rusiya, Danimarka, Finlandiya

C qrupu: Ukrayna, Hollandiya, Avstriya, D pley-offunun qalibi

D qrupu: İngiltərə, Xorvatiya, Çexiya, C pley-offunun qalibi

E qrupu: İspaniya, Polşa, İsveç, B pley-offunun qalibi

F qrupu: Almaniya, Fransa, Portuqaliya, A pley-offunun qalibi

Beləliklə, Türkiyə, Uels və İsveçrə milliləri Bakıya gələcəklər.