15:09 12 Dekabr 2019

İtaliya AVRO-2020-nin açılış matçında Türkiyə komandası ilə qarşılaşacaq

© Sputnik / Grigoriy Syisoev
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Futbol üzrə 2020-ci il Avropa çempionatının açılış matçı iyunun 12-də Romadakı Olimpiya Stadionunda keçiriləcək.

İyunun 12-də Romada baş tutacaq 2020-ci il futbol üzrə Avropa çempionatının açılış matçında İtaliya yığması Türkiyə komandası ilə qarşılaşacaq.

Turnirin final mərhələsinin püşkatma mərasimi şənbə günü Buxarestdə keçirilib. “A” qrupunda İtaliya və Türkiyə milli komandaları ilə yanaşı İsveçrə və Uels komandaları da var. Bu dördlüyün oyunları Romada və Bakıda baş tutacaq.

AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək. Turnirin final mərhələsində ikinci dəfə (birinci dəfə bu dörd il əvvəl baş verib) altı qrupa bölünmüş 24 komanda iştirak edəcək.