15:00 12 Dekabr 2019

Peterburqdakı AVRO-2020 matçlarına biletlərin təxminən 70%-i satılıb

© Sputnik / Aleksey Danichev
XƏBƏRLƏR
Qısa URL
5 0 0

2020-ci il futbol üzrə Avropa çempionatının oyunları üçün bilet satışının ilk mərhələsi bu il iyunun 12-də başlayıb

BAKI, 3 dekabr — Sputnik. Futbol azarkeşləri Sankt-Peterburqda keçiriləcək AVRO-2020 matçlarına biletlərin təxminən 70 faizini satın alıblar. Bunu şəhərin vitse-qubernatoru Vladimir Kirillov jurnalistlərə deyib.

"Çox az bilet qalıb. Artıq 70 faizi satın alınıb", - Kirillov bildirib.

2020-ci il futbol üzrə Avropa çempionatının oyunları üçün bilet satışının ilk mərhələsi bu il iyunun 12-də başlayıb.

Növbəti satış mərhələsi 2019-cu ilin dekabrına planlaşdırılır. Milli komandaları turnirdə iştiraklarını təmin etmiş ölkələrdən olan azarkeşlər müraciətlərini göndərə biləcəklər. 2020-ci ilin aprelində pley-off matçları ilə çempionata keçən komandaların azarkeşlərindən də müraciət qəbulu başlayacaq.

AVRO-2020-nin matçları gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək. Azərbaycanın paytaxtı Bakı turnirin dörd oyununa – qrup mərhələsinin üç qarşılaşmasına və dörddəbir final matçına ev sahibliyi edəcək.