17:05 12 Dekabr 2019

Sankt-Peterburqda AVRO-2020 üçün "Fan ID" mərkəzi açılıb

© Sputnik / Aleksey Danichev
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Sankt-Peterburqdakı çempionat oyunlarına bilet alan hər bir tamaşaçı bu azarkeş pasportunu əldə etməlidir

BAKI, 3 dekabr — Sputnik. Sankt-Peterburqda futbol üzrə 2020-ci il Avropa çempionatının Rusiyadakı oyunlarına qatılmaq üçün lazım olan azarkeş pasportlarının (Fan ID) verilməsi mərkəzi təntənəli şəkildə açılıb.

İlk tamaşaçılar artıq "Fan ID"lərini alıblar. Mərkəzin açılışında Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq Pak, Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Vladimir Kirillov, "Zenit" klubunun və Rusiya milli futbol komandasının keçmiş qapıçısı Vyaçeslav Malafeev iştirak ediblər.

Azarkeşlərin identifikasiyası sistemi və "Fan ID" Rusiyanın AVRO-2020 zamanı həyata keçirəcəyi unikal bir layihəsidir. Azarkeş pasportu tamaşaçıların stadionda rahatlığını və təhlükəsizliyini, eləcə də xaricilər üçün Rusiyaya vizasız girişi təmin edəcək.

"Fan ID" sahibinin şəxsi məlumatları və fotoşəkili olan laminasiya  olunmuş kiçik bir blankdır. Sankt-Peterburqdakı çempionat oyunlarına bilet alan hər bir tamaşaçı bu azarkeş pasportunu əldə etməlidir.

Azarkeş pasportu pulsuzdur və Sankt-Peterburqdakı bütün AVRO-2020 matçları üçün birdəfəlik olaraq verilir. Xaricilər viza üçün müraciət etmədən pasport və "Fan ID" ilə Rusiyaya 30 may-3 iyul 2020-ci il tarixlərində daxil ola və 30 may-13 iyul 2020-ci il tarixlərində ölkədən çıxa biləcəklər.