14:04 27 Yanvar 2021

UEFA AVRO-ya münasibətdə WADA-nın izahatına uyğun hərəkət edəcək

© Sputnik / Evgeniy Biyatov
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bəyan edib ki, Rusiya idmanına dair qərarın 2020-ci il Avropa çempionatına şamil edilməsi məsələsində Ümumdünya Antidopinq Agentliyinin (WADA) izahatına uyğun hərəkət edəcək.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Uyğunluq üzrə müstəqil komitənin (CRC) tövsiyəsini yekdilliklə dəstəkləyərək rusiyalı idmançıları dörd il müddətinə irimiqyaslı yarışlardan, o cümlədən Olimpiada və Paralimpiya oyunlarında çıxış etmək hüququndan məhrum edib.

Futbol üzrə 2020-ci il Avropa Çempionatı 11 ölkənin 12 şəhərində, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Rusiya millisi bu turnirin iştirakçılarındandır.

"UEFA-nın bu məsələ ilə bağlı heç bir şərhi yoxdur və təşkilat WADA-nın Rusiya ilə bağlı qərarın AVRO-2020-yə toxunmayacağını bildirən izahatına əməl edəcək", - deyə UEFA-nın RİA Novosti-nin sorğusuna verdiyi cavabda bildirilir.