11:00 10 Aprel 2020

Bütün AVRO finalları: nəticələr, qolların müəllifləri, heyətlər və stadionlar

© Powered by UEFA.com. ©AFP/Getty Images
XƏBƏRLƏR
Qısa URL
1910

Keçmişə səyahət: Futbol üzrə Avropa çempionatının bütün finallarını, nəticələri, qolların müəlliflərini və heyətləri xatırlayırıq

Futbol üzrə Avropa çempionatının bu yay baş tutacaq həlledici matçlarının ərəfəsində əvvəlki 15 finalı, nəticələri, qolların müəlliflərini və heyətləri xatırlayırıq.

1960: SSRİ-Yuqoslaviya 2:1 (əlavə vaxt)

Metreveli 49, Ponedelnik 113; Qaliç 43

"Park-de-Prens", Paris

SSRİ: Yaşin, Çoxeli, Maslenkin, Krutikov, Voynov, Netto, Metreveli, İvanov, Ponedelnik, Bubukin, Mesxi

Yuqoslaviya: Vidiniç, Durkoviç, Yusufi, Zanetiç, Miladinoviç, Peruşiç, Şekularats, Yerkoviç, Qaliç, Matuş, Kostiç

Birinci qolu buraxandan sonra SSRİ millisi əlavə vaxtda qələbə çala bilib. Həlledici qolu Viktor Ponedelnik vurub. Bundan əvvəl isə möhtəşəm Lev Yaşin Sovet komandasını bir neçə dəfə xilas edib.

1964: İspaniya-SSRİ 2:1

Pereda 6, Marselino 84; Xusainov 8

"Santiaqo Bernabeu", Madrid

İspaniya: İribar, Rivilya, Olivelya, Kalexa, Soko, Fuste, Amansio Amaro, Pereda, Marcelino, Suares, Lapetra

SSRİ: Yaşin, Şustikov, Şesternev, Mudrik, Voronin, Aniçkin, Çislenko, İvanov, Ponedelnik, Korneev, Xusainov

Rəqiblər görüşün ilk dəqiqələrində hərəsi bir qol vurub, amma ispanlar sonda "doğma divar" amilinin üstünlüyündən yararlanıblar və sonda Marselinonun səyləri ilə qələbəni qoparıblar.

1968: İtaliya – Yuqoslaviya 1:1

Domengini 80; Caiç 39

"Stadio Olimpiko", Roma

İtaliya: Dzoff, Anastazi, Burniç, Kastano, Domengini, Fakketti, Ferrini, Quarneri, Yuliano, Lodetti, Prati

Yuqoslaviya: Panteliç, Fazlagiç, Damyanoviç, Paunoviç, Holtser, Petkoviç, Musemiç, Caiç, Pavloviç, Açimoviç, Triviç

Təkrar oyun, 1968: İtaliya-Yuqoslaviya 2:0

Riva 12, Anastazi 31

"Stadio Olimpiko", Roma

İtaliya: Dzoff, Anastazi, Burniç, De Sisti, Domengini, Fakketti, Quarneri, Mattsola, Riva, Rozato, Salvadore

Yuqoslaviya: Panteliç, Fazlagiç, Damyanoviç, Paunoviç, Holtser, Musemiç, Caiç, Pavloviç, Açimoviç, Triviç, Xoşiç

İtalyanları finala püşkatma çıxarıb. Anjelo Domengininin ilk oyunda vurduğu qol sayəsində baş tutmuş təkrar görüşdə isə ev sahibləri kuboku qazanıblar.

1972: Almaniya Federativ Respublikası - SSRİ 3:0

G. Müller 27, 58, Vimmer 52

"Rua Boduen", Brüssel

Almaniya: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekenbauer, Vimmer, Haynkes, Henness, G. Müller, Nettser, Kremers

SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava, Kapliçnı, İstomin, Konkov, Troşkin, Kolotov, Baydaçnı (Kozinkeviç 66), Banişevski (Dolmatov 46), Onişenko

Gerd Müllerin dublu almanlara Avropa çempionatının finalında SSRİ millisi üzərində inamlı qələbə qazanmağa kömək edib.

1976: Çexoslovakiya - Almaniya Federativ Respublikası 2:2 (əlavə vaxt, penaltilər 5:3)

Şveqlik 8, Dobiaş 25; D. Müller 28, Heltsenbayn 89

"Srvena Zvezda", Belqrad

Çexoslovakiya: Viktor, Dobiaş (Veselı 109), Çapkoviç, Ondruş, Pivarnik, Panenka, Moder, Masnı, Neqoda, Gög, Şveqlik (Yurkemik 80)

Almaniya: Mayer, Foqts, Ditz, Şvartsenbek, Bekenbauer, Vimmer (Floe 46), Bonhoff, Heness, D. Müller, Beer (Bongarts 80), Heltsenbayn

Avropanın ən güclü komandasını müəyyənləşdirmək üçün ilk dəfə olaraq 11 metrlik zərbələr seriyasına ehtiyac duyulub. Bu Antonin Panenkanın ulduzunun parladığı gün idi.

1980: Belçika - Almaniya Federativ Respublikası 1:2

Vandereyken 75 penalti; Xrubeş 10, 88

"Stadio Olimpiko", Roma

Belçika: Pfaff, Gerets, Milkamp, Meuvs, Renken, van Mur, Vandereyken, Kools, Mommens, van der Elst, Kelemans

Almaniya: Şumaxer, Kalts, Ferster, Ştilike, Dits, Şuster, Brigel (Kullmann 55), H. Muller, K-H. Rummenigge, Hrubeş, K. Allofs

Ayağını sındırmış Klaus Fişerin yoxluğunda, İtaliyadakı turnirdə Horst Hrubeş alman millisində aparıcı rolu öz üzərinə götürüb.

1984: Fransa – İspaniya 2:0

Platini 57, Bellon 90

"Park-de-Prens", Paris

Fransa: Bat, Battiston (Amoros 73), Bossi, Le Ru, Domerq, Tiqana, Fernandes, Platini, Jiress, Lakomb (Jengini 80), Bellon

İspaniya: Arkonada, Urkiaqa, Salva (Roberto 85), Qalleqo, Kamaço, Xulio Alberto (Sarabia 75), Senyor, Viktor Munoz, Fransisko Lopes, Santillana, Karrasko

Mişel Platini finalda hesabı açaraq çempionatındakı qol sayını rekord göstərici olan doqquz topa çatdırıb.

1988: SSRİ – Niderland 0:2

Qullit 32, van Basten 54

"Olimpiaştadion", Münhen

SSRİ: Dasaev, Xidiyatullin, Demyanenko, Rat, Aleynikov, Litovçenko, Zavarov, Protasov (Pasulko 71), Belanov, Mixayliçenko, Qotsmanov (Baltaça 68)

Niderland: van Brekelen, van Tiggelen, R. Kuman, van Arle, Vanenburq, Muren, Qullit, van Basten, E. Kuman, Raykaard, Vauters

Finallar tarixindəki ən gözəl qollardan birini vuran Marko van Basten niderlandlıların ilk böyük mükafatı qazanmasına kömək edib.

1992: Danimarka - Almaniya Federativ Respublikası 2:0

Yensen 18, Vilfort 78

"Ullevi", Göteborq

Danimarka: Şmeyxel, Sivebek (Kristiansen 66), Nilsen, Olsen, Kristofte, Yensen, Poulsen, B. Laudrup, Pexnik, Larsen, Villefort

Almaniya: İllqner, Royter, Breme, Koler, Buxvald, Hessler, Ridle, Helmer, Zammer (Doll 46), Effenberq (Tom 80), Klinsmann

Yuqoslaviyanı əvəzləmiş Danimarkanın turnirə hazırlaşmaq üçün cəmi iki həftəsi var idi. Finalda Yon Yensenin və Kim Vilfortun vurduğu qollar ona sensasiyalı qələbəni gətirib.

1996: Çexiya - Almaniya 1:2 ("Qızıl qol")

Berger 59 (P); Birhoff 73, 95

"Uembli", London

Çexiya: Kouba, Suxoparek, Nedved, Kadlets, Nemets, Poborski (Şmitser 88), Kuka, Beybl, Berger, Qornyak, Rada

Almaniya: Kepke, Helmer, Zammer, Şoll (Birhoff 69), Hessler, Kunts, Babbel, Tsige, Klinsmann, Ştrunts, Aylts (Bode 46)

Oliver Birhoffun dublu Almaniya millisinə çempionatda çexlər üzərində ikinci qələbəni və qızıl medalı gətirib.

2000: Fransa – İtaliya 2:1 ("Qızıl qol")

Viltor 90, Trezege 103; Delvekkio 55

"Feyenoord", Rotterdam

Fransa: Bartez, Lizarazu (Pires 86), Vieyra, Blan, Corkaeff (Trezege 76), Deşam, Desayi, Zidan, Anri, Türam, Duqarri (Viltor 58)

İtaliya: Toldo, Maldini, Albertini, Kannavaro, Pessotto, Nesta, Di Biaccio (Ambrozini 66), Yuliano, Fiore (Del Piero 53), Totti, Delvekkio (Montella 86)

Turnir boyu Zinəddin Zidan parlayıb, lakin nəticədə David Trezege Fransa komandasının qəhrəmanı olub.

2004: Portuqaliya - Yunanıstan 0:1

Xaristeas 57

"Eştadiu du Benfika", Lissabon

Portuqaliya: Rikardu, Jorj Andrade, Koştinya (Rui Koşta 60), Fiqu, Pauleta (Nunu Qomeş 74), Migel (Paulu Ferreyra 43), Nunu Valente, Rikardu Karvalyu, Kriştianu Ronaldu, Manişe, Deku

Yunanıstan: Nikopolidis, Seytaridis, Dellas, Basinas, Zaqorakis, Yannakopulos (Venetidis 76), Xaristeas, Fissas, Vrizas (Papadopulos 81), Kapsis, Katsuranis

Otto Rehhagelin rəhbərliyi altında Yunanıstan millisi finalda AVRO-2004-ün ev sahibini məğlub edərək turnir tarixindəki ən böyük sensasiyalardan birinə imza atıb.

2008: Almaniya – İspaniya 0:1

Torres 33

"Ernst Happel", Vyana

Almaniya: Leman, Fridrix, Şvaynştayger, Frinqs, Kloze (Qomez 79), Ballak, Hitzlsperger (Kuranyi 58), Lam (Yansen 46), Mertesaker, Podolski, Metzelder

İspaniya: Kasilyas, Marçena, Puyol, İnyesta, Xavi Hernandes, Torres (Quiza 78), Fabreqas (Xabi Alonso 63), Kapdevila, Ramos, Senna, David Silva (Kasorla 66)

Fernando Torresin ilk yarıda vurduğu qol ispanlara 44 ildə ilk dəfə olaraq Avropa çempionu titulunu qazandırıb.

2012: İspaniya – İtaliya 4:0

David Silva 14, Xordi Alba 41, Torres 84, Xuan Mata 88

"Olimpiyski" MİK, Kiyev

İspaniya: Kasilyas, Pike, İnyesta (Xuan Mata 87), Xavi Hernandez, Fabreqas (Torres 75), Xabi Alonso, Ramos, Buskets, Arbeloa, Xordi Alba, David Silva (Pedro Rodrigez 59)

İtaliya: Buffon, Kyellini (Baltsaretti 21), Abate, Markizio, Balotelli, Kassano (Di Natale 46), Bardzalyi, De Rossi, Montolivo (Tiaqo Motta 57), Bonuççi, Pirlo

Ukraynanın paytaxtında İspaniya komandası AVRO-2012-də ən yaxşı oyununu keçirib və ardıcıl olaraq ikinci dəfə Avropa çempionatını qazanaraq tarixə düşüb.

2016: Portuqaliya - Fransa 1:0 (əlavə vaxt)

Eder 109

"Stad-de-Frans", Sen-Deni

Portuqaliya: Rui Patrisiu, Pepe, Jose Fonte, Rafael Gerreyru, Kriştianu Ronaldu (Rikardu Kuarejma 25), Joau Mariu, Villyam Karvalyu, Renatu Sançes (Eder 79), Nani, Sedrik, Adrien Silva (Joau Moutinyu 66)

Fransa: Loris, Evra, Qrizman, Payet (Koman 58), Jiru (Jinyak 78), Matuidi, Poqba, Sissoko (Marsiyal 110), Sanya, Koselni, Yumtiti

Finalın əlavə vaxtında Ederin vurduğu qol Portuqaliya milli komandasına bu böyük beynəlxalq turnirin tarixində ilk qızılını qazandırıb.