11:40 19 Fevral 2020
Rusiya yığmasının futbolçuları

UEFA AVRO-2020-nin millilərinin məşq bazalarının siyahısını açıqladı

© Sputnik / Aleksandr Vilf
XƏBƏRLƏR
Qısa URL
19 0 0

UEFA öz saytında futbol üzrə 2020-ci il Avropa Çempionatının iştirakçılarının yerləşəcəyi məşq bazalarının siyahısını açıqlayıb.

Rusiya millisi Novoqorskda yerləşəcək. Stanislav Çerçesovun komandası B qrupu çərçivəsində iyunun 13-də Abro-2020-də start oyununu Sankt-Peterburqda Belçika yığmasına qarşı keçirəcək. Rusiya millisi ikincim oyununu iyunun 17-də Peterburqda Finlandiya yığmasına qarşı oynayacaq. Danimarka millisi ilə oyun iyunun 22-də Kopenhagendə baş tutacaq.

Hazırda Avro-2020-nin 20 iştirakçısı bəllidir. Daha 4 komanda çarpaz oyunlardan sonra məlum olacaq.

Turnirin digər komandalarının məşq bazasının siyahısı: Zeefeld – Avstriya; Tyubiz – Belçika; Sent-Andrus (Şotlandiya) – Xorvatiya; Kerri, Edinburq (Şotlandiya) – Çexiya; Helsinqyor – Danimarka; Berton-apon-Trent (Böyük Britaniya) – İngiltərə; Repino, Sankt-Peterburq – Finlandiya; Klerfonten-an-İvelin – Fransa; Hersoqenaurax – Almaniya; Koverçano, Florensiya – İtaliya; Zeyst – Niderland; Portmarnok, Dublin (İrlandiya) – Polşa; Budapeşt – Portuqaliya; Las-Rosas-de-Madrid, Madrid – İspaniya; Meynut, Kilder, İrlandiya – İsveç; Roma – İsveçrə; Bakı – Türkiyə; Buxarest – Ukrayna; Bakı – Uels.

Avro-2020 12 iyundan 12 iyula qədər Avropanın 12 şəhərində, o cümlədən Bakıda və Sank-Peterburqda keçiriləcək.