19:48 27 Oktyabr 2020
Sankt-Peterburqda Böyük Pyotr körpüsü və Smolnı kafedralı

Sankt-Peterburq AVRO-2020 paytaxtlarının turizm reytinqində liderdir

© Sputnik / Aleksey Danichev
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Sankt-Peterburq, AVRO-2020 Futbol Çempionatının təşkilatçısı olan ən populyar şəhərlərin reytinq siyahısına başçılıq edir.

Sankt-Peterburq, AVRO-2020 Futbol Çempionatının təşkilatçısı olan ən populyar şəhərlərin reytinq siyahısına başçılıq edir.

Onlayn səyahət rezervasiya xidmətinin araşdırmasının nəticələrinə görə, Sankt-Peterburq AVRO-2020 matçlarının keçirildiyi dövr üzrə azarkeşlərin ən çox qalmağa yer axtardığı şəhərdir. Populyarlıq reytinqinin ikinci və üçüncü sırasında Roma və Kopenhagen qərarlaşıb. Bu reytinqdə dördüncü yeri Bakı tutub. İlk beşliyi isə Dublin qapadıb.

Xidmətin yaydığı relizdə qeyd olunub ki, 13 iyun tarixində Danimarka və Finlandiya yığmalarının oynayacağı Kopenhagen ən çox qalmaq üçün yerin tələb olunduğu şəhərdir. Səyyahlar Bakıdakı (13 iyun, Uels - İsveçrə) və Sankt-Peterburqdakı (17 iyun, Finlandiya - Rusiya) oyunlara da xüsusi maraq göstəriblər. Sankt-Peterburqun reytinqdə iki dəfə xatırlandığı diqqətə çatdırılıb. Rusiya və Belçika milli komandaları arasında iyunun 13-də Nevada şəhərdə keçiriləcək görüş də azarkeşləri maraqlandırır. Bura ən populyar matçların keçiriləcəyi yerlərin siyahısında doqquzuncu pilləyə yerləşdirilib.

UEFA AVRO-2020-nin millilərinin məşq bazalarının siyahısını açıqladı

AVRO-2020-nin keçirildiyi dövr ərzində ev sahibi olacaq şəhərlərdə yerləşmək üçün ən çox sifarişlər İngiltərə, Finlandiya və İsveç sakinləri tərəfindən verilib. Almaniya və Rusiyadan olan səyyahlar da artıq qarşıdakı turnirin keçiriləcəyi paytaxtlarda otellər və ya alternativ yaşayış yeri variantları axtarırlar: onlar reytinqdə dördüncü və beşinci yerləri tuturlar.

Booking.com tərəfindən aparılan qlobal araşdırmaya görə, təkcə keçən il anket sorğuda iştirak edən rusiyalı azarkeşlərin 93% -i komandalarının oyunlarını izləmək üçün birdən beşədək səyahət planlaşdırıblar. 

Rusiyalı futbol azarkeşlərinin əksəriyyəti idman hadisələrini izləməyə ciddi yanaşırlar və matçı sona qədər tərk etmirlər - respondentlərin 86% -i belə deyib. Eyni zamanda, Rusiyadan gələn azarkeşlərin üçdə biri (34%) deyib ki, talismanların gücünə inanır və "uğur gətirən" əşyalarını özləri ilə oyunlara aparırlar. Eyni zamanda, rusiyalı respondentlərin 17% -i komandalarının vacib beynəlxalq turnirdə necə qalib gəldiklərini görmək üçün bal ayı səfərini ləğv edə biləcəklərini etiraf ediblər. Rusiyalı azarkeşlərin 11% -i isə qeyd edib ki, əgər kimsə onların final matçının keçiriləcəyi stadiona düşəcəyinə və sevimli komandalarının oyununu izləyə biləcəyinə zəmanət versə, işdən qovulmağa belə razıdırlar.

AVRO-2020 çempionatının oyunları iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo, eləcə də yarımfinal və final oyunlarına ev sahibliyi edəcək Londonda keçiriləcək. Sankt-Peterburqda qrup mərhələsinin üç görüşü və bir dörddəbir final keçiriləcək.