Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Başıbəlalı AVRO-2020-yə daha bir zərbə gəlir - Bu dəfə virusdan yox

© REUTERS / Tony O'BrienКубок чемпионата Европы по футболу 2020, фото из архива
Кубок чемпионата Европы по футболу 2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarka paytaxtının 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarını keçirməkdən imtina etməsinə səbəb "Tur de Frans" velosiped yarışı ola bilər.

BAKI, 28 aprel - Sputnik, Teymur Tuşiyev. Kopenhagen 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etməkdən imtina edə bilər. Bu barədə Sputnik Azərbaycan "Sky Sports"a istinadən xəbər verir.

Kopenhagen, koronavirus pandemiyasına görə 2021-ci ilə köçürülmüş futbol üzrə Avropa çempionatında "C" qrupunun üç matçını qəbul etməlidir. Lakin 2021-ci ilin iyulun əvvəlində Danimarkada məşhur "Tur de Frans" velosiped yarışının üç mərhələsi keçirilməlidir. Veloyürüş Kopenhagendə başlayacaq, ikinci mərhələsi Roskill və Nüborq arasında, üçüncüsü isə Vayle və Sennerborq şəhərləri arasında keçiriləcək.

Danimarka Futbol İttifaqının rəhbəri Yesper Meller ölkəsinin AVRO-2020 matçlarını qəbul edə biləcəyinə əmin olmadığını bildirib.

Девушка на велосипеде у канала Nyhavn в Копенгагене, Дания - Sputnik Azərbaycan
İDMAN
UEFA AVRO-2020 ilə bağlı açıqlama yaydı

"Avropa çempionatının oyunlarını qəbul edə bilib-bilməyəcəyimiz faktı bizi hələ də narahat edir. Mənim fikrimcə, onların keçirilməsi ehtimalı əllinin əlliyədir. Bütün tərəflər müsbət əhval-ruhiyyədədirlər. Amma AVRO matçlarının keçiriləcəyinə əmin olmamışdan qabaq həll edilməli olan bəzi problemlər var", - deyə Meller bildirib.

Qeyd etmək lazımdır ki, AVRO-2020 üzrə oyunların təşkilatçısı olan şəhərlər aprelin 30-dək UEFA-ya qitə birinciliyinin oyunlarını keçirmək niyyətlərini təsdiq edərək göndərməlidirlər. Kopenhagen də Bakı kimi ötən həftə oyunları keçirmək niyyətilə bağlı bəyannamə göndərib.

Daha əvvəl bildirilirdi ki, İspaniya və İtaliya koronavirus pandemiyası qurbanlarının çox olması səbəbindən AVRO-2020 matçlarını keçirməkdən imtina edə bilərlər.

Kopenhagen AVRO-2020-nin qrup mərhələsinin oyunlarını, o cümlədən Danimarka və Rusiya yığmalarının görüşünü, həmçinin Avropa birinciliyinin 1/8 finalını da qəbul etməlidir.

Xəbər lenti
0