19:10 07 Avqust 2020
UEFA Prezidenti Aleksander Çeferin

UEFA rəhbəri: AVRO-nun koronavirusa görə yenidən təxirə salınması bardə danışmaq tezdir

© Sputnik. Stringer
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020 matçları iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə keçiriləcək.

Koronavirus pandemiyasının ikinci dalğası səbəbi ilə futbol üzrə Avropa çempionatının yenidən təxirə salınmasını müzakirə etmək hələ tezdir. Bunu UEFA Prezidenti Aleksander Çeferin deyib.

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020 matçları iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə – London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Amsterdam, Budapeşt, Qlazqo, Bilbao və Sankt-Peterburqda keçiriləcək.

"İkinci koronavirus dalğası səbəbi ilə AVRO yenidən təxirə salına bilərmi? Çempionat 2021-ci ildə eyni tarixlərdə keçiriləcək. İkinci dalğaya görə təxirə salmanı müzakirə etmək hələ tezdir", - Çeferin mətbuat konfransında deyib.