14:29 20 İyun 2021
Türkiyə yığması, arxiv şəkli

AVRO-2020-də oynayacaq Türkiyə millisinin yekun heyəti məlum olub

© AFP 2021 / MURAD SEZER
XƏBƏRLƏR
Qısa URL
135

Baş məşqçi Şenol Günəş təlim-məşq toplanışına çağırılan oyunçulardan 4-nün xidmətlərindən imtina edib

BAKI, 2 iyun — Sputnik. Azərbaycan yığması ilə yoldaşlıq görüşündən sonra Türkiyə millisinin AVRO-2020-də çıxış edəcək heyəti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-ın idman şərhçisi Teymur Tuşiyev xəbər verir.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş təlim-məşq toplanışına çağırılan oyunçulardan 4-nün xidmətlərindən imtina edib: qapıçı Gökhan Akkan ("Rizespor"), yarımmüdafiəçi Mahmut Tekdemir ("Başakşehir"), hücumçu Efecan Karaca ("Alanyaspor") və Halil Akbunardır ("Göztepe").

Türkiyə millisinin AVRO-2020 üçün yekun heyəti:

Qapıçılar: Mert Günok ("Başakşehir"), Uğurcan Çakır ("Trabzonspor"), Altay Bayındır ("Fənərbağça")

Müdafiəçilər: Zeki Çelik ("Lill", Fransa), Mert Müldür ("Sassuolo", İtaliya), Merih Demiral ("Yuventus", İtaliya), Ozan Kabak ("Liverpul", İngiltərə), Çağlar Söyüncü ("Lester", İngiltərə), Kaan Ayhan ("Sassuolo", İtaliya), Umut Meraş ("Havr", Fransa), Rıdvan Yılmaz ("Beşiktaş")

Yarımmüdafiəçilər: Taylan Antalyalı ("Qalatasaray"), Dorukhan Toköz ("Beşiktaş"), Okay Yokuşlu ("Vest Bromviç" İngiltərə), Ozan Tufan ("Fənərbağça), Orkun Kökçü ("Feyenord" Niderland), Yusuf Yazıcı ("Lill", Fransa), İrfan Can Kahveci ("Fənərbağça"), Hakan Çalhanoğlu ("Milan", İtaliya)

Hücumçular: Cengiz Ünder ("Lester", İngiltərə), Abdülkadir Ömür ("Trabzonspor"), Kerem Aktürkoğlu ("Qalatasaray"), Burak Yılmaz ("Lill", Fransa), Enes Ünal ("Xetafe", İspaniya), Kenan Karaman ("Fortuna", Almaniya), Halil İbrahim Dervişoğlu ("Qalatasaray").

Xatırladaq ki, Türkiyə millisi Avropa çempionatının qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək. Türklər iyunun 11-də İtaliya, 16-da Uels, 20-də isə İsveçrə millisi ilə qarşılaşacaq.