08:59 24 İyul 2021
Avro-2020-nin kuboku Romada, arxiv şəkli

AVRO-2020: qrupların tərkibi, təqvim və oyunların cədvəli

© Fabio FRUSTACI / ANSA / AFP
XƏBƏRLƏR
Qısa URL
1413 0 0

Hər qrupdan iki yığma komanda 1/8 finala vəsiqə qazanacaq. Qruplarda 3-cü yeri tutmuş komandaların reytinqi təşkil olunacaq və onlar arasında ilk 4 komanda da Pley-off mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

BAKI, 7 iyun — Sputnik. İlin ən əsas futbol turnirinin – Avropa çempionatının başlanmasına bir həftədən də az vaxt qalır. Yarış hələ ötən ilin yayında keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən çempionat təxirə salınıb və bu il keçiriləcək. AVRO-2020 ilk Avropa çempionatının keçirilməsinin 60 illiyinə təsadüf etməli idi. Lakin yaranmış vəziyyətdən çıxış edərək yarışın unikal formatda – bir neçə ölkə ərazisində keçirilməsi qərara alınıb. Oyunlara ev sahibliyi edəcək şəhərlərin siyahısı dəqiqləşdirildikdən sonra oyunların bu şəhərlərdə keçirilməsi qərara alınıb: London, Sankt-Peterburq, Budapeşt, Bakı, Sevilya, Münhen, Amsterdam, Qlazqo, Buxarest, Roma və Kopenhagen.

2016-cı ildə olduğu kimi, bu dəfə də turnirdə 24 milli yığma komanda mübarizə aparacaq.

Oyunların cədvəli:

A qrupu

İştirakçılar: İtaliya, Türkiyə, Uels, İsveçrə.

Cümə, 11 iyun

23:00 İtaliya-Türkiyə (Roma)

Şənbə, 12 iyun

17:00 Uels – İsveçrə (Bakı)

Çərşənbə, 16 iyun

20:00 Türkiyə - Uels (Bakı)

22:00 İtaliya – İsveçrə (Roma)

Bazar günü, 20 iyun

20:00 İtaliya - Uels (Roma)

20:00 İsveçrə - Türkiyə (Bakı)

B qrupu

İştirakçılar: Belçika, Danimarka, Rusiya, Finlandiya.

Şənbə, 12 iyun

20:00 Danimarka - Finlandiya (Kopenhagen)

23:00 Belçika - Rusiya (Sankt-Peterburq)

Çərşənbə, 16 iyun

17:00 Finlandiya - Rusiya (Sankt-Peterburq)

Cümə axşamı, 17 iyun

20:00 Danimarka - Belçika (Kopenhagen)

Bazar ertəsi, 21 iyun

23:00 Rusiya - Danimarka (Kopenhagen)

23:00 Finlandiya - Belçika (Sankt-Peterburq)

C qrupu

İştirakçılar: Niderland, Avstriya, Ukrayna, Şimali Makedoniya.

Bazar günü, 13 iyun

20:00 Avstriya - Şimali Makedoniya (Buxarest)

23:00 Niderland - Ukrayna (Amsterdam)

Cümə axşamı, 17 iyun

17:00 Ukrayna - Şimali Makedoniya(Buxarest)

23:00 Niderland - Avstriya (Amsterdam)

Bazar ertəsi, 21 iyun

20:00 Şimali Makedoniya- Niderland (Amsterdam)

20:00 Ukrayna - Avstriya (Buxarest)

D qrupu

İştirakçılar: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya.

Bazar günü, 13 iyun

16:00 İngiltərə - Xorvatiya (London)

Bazar ertəsi, 14 iyun

17:00 Şotlandiya - Çexiya (Qlazqo)

Cümə, 18 iyun

20:00 Xorvatiya - Çexiya (Qlazqo)

23:00 İngiltərə - Şotlandiya (London)

Çərşənbə axşamı, 22 iyun

23:00 Çexiya - İngiltərə (London)

23:00 Xorvatiya - Şotlandiya (Qlazqo)

E qrupu

İştirakçılar: İspaniya, İsveç, Polşa, Slovakiya.

Bazar ertəsi, 14 iyun

20:00 Polşa - Slovakiya (Sankt-Peterburq)

23:00 İspaniya - İsveç (Sevilya)

Cümə, 18 iyun

17:00 İsveç - Slovakiya (Sankt-Peterburq)

Şənbə, 19 iyun

23:00 İspaniya - Polşa (Sevilya)

Çərşənbə, 23 iyun

20:00 Slovakiya - İspaniya (Sevilya)

20:00 İsveç - Polşa (Sankt-Peterburq)

F qrupu

İştirakçılar: Fransa, Almaniya, Portuqaliya, Macarıstan.

Çərşənbə axşamı, 15 iyun

20:00 Macarıstan - Portuqaliya (Budapeşt)

23:00 Fransa - Almaniya (Münhen)

Şənbə, 19 iyun

17:00 Macarıstan - Fransa (Budapeşt)

20:00 Portuqaliya - Almaniya (Münhen)

Çərşənbə, 23 iyun

23:00 Almaniya - Macarıstan (Budapeşt)

23:00 Portuqaliya - Fransa (Münhen)

Pley-off

Hər qrupdan iki yığma komanda 1/8 finala vəsiqə qazanacaq. Qruplarda 3-cü yeri tutmuş komandaların reytinqi təşkil olunacaq və onlar arasında ilk 4 komanda da Pley-off mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Bundan sonra isə artıq yarış Olimpiya sistemi üzrə davam edəcək. Bürünc medallar uğrunda oyun keçirilməyəcək.

1/8 final

Şənbə, 26 iyun

1. 20:00 2A - 2B (Amsterdam)

2. 23:00 1A - 2C (London)

Bazar, 27 iyun

3. 20:00 1C - 3D/E/F (Budapeşt)

4. 23:00 1B - 3A/D/E/F (Sevilya)

Bazar ertəsi, 28 iyun

5. 20:00 2D - 2E (Kopenhagen)

6. 23:00 1F - 3A/D/E/F (Buxarest)

Çərşənbə axşamı, 29 iyun

7. 20:00 1D - 2F (London)

8. 23:00 1E - 3A/B/C/D (Qlazqo)

1/4 final

Cümə, 2 iyul

1/4 final 1.20:00. 6-cı Oyunun qalibi – 5-ci Oyunun qalibi (Sankt-Peterburq)

1/4 final 2. 23:00. 4-cü Oyunun qalibi – 2-ci Oyunun qalibi (Münhen)

Şənbə, 3 iyul

1/4 final 3. 20:00. 1-ci Oyunun qalibi – 3-cü Oyunun qalibi (Bakı)

1/4 final 3. 23:00. 8-ci Oyunun qalibi – 7-ci Oyunun qalibi (Roma)

1/2 final

Çərşənbə axşamı, 6 iyul

1/2 final 1. 23:00. 1-ci 1/4 final oyununun qalibi – 2-ci 1/4 final oyununun qalibi (London)

Çərşənbə, 7 iyul

1/2 final 2. 23:00. 3-cü 1/4 final oyununun qalibi – 4-cü 1/4 final oyununun qalibi (London)

Final

Bazar günü, 11 iyul

22:00. 1-ci 1/2 final oyununun qalibi – 2-ci 1/2 final oyununun qalibi (London)