19:42 23 İyun 2021
AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib

AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə edib

© Photo : AFFA
XƏBƏRLƏR
Qısa URL
26

Azərbaycanlı uşaqlar Böyük Britaniya və Mərkəzi Avropa təmsilçilərinin qarşıdurmasına canlı olaraq baxmaq imkanı əldə ediblər.

BAKI, 10 iyun — Sputnik. AFFA Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı bir sıra qurumlara biletlərin ayrılması barədə qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, korporativ sosial məsuliyyət təşəbbüsü ilə "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, koronavirus pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) bitetlə təmin edilib.

  • AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib
    © Photo : AFFA
  • AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib
    © Photo : AFFA
  • AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib
    © Photo : AFFA
1 / 3
© Photo : AFFA
AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsinin iştirakı ilə sözügedən qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Həmçinin oxuyun:

Miqrasiya Xidmətindən əcnəbilərə AVRO-2020 ilə bağlı xəbərdarlıq

Futbol əhval-ruhiyyəsi: AVRO-2020 ərəfəsində Bakıda rəngərəng parad

AVRO-2020-nin Bakıda keçiriləcək görüşünü futbolumuzla tanış olanlar idarə edəcəklər