01:05 19 İyun 2021
AVRO-2020 loqosu

AVRO-2020-nin qalibi nə qədər qazanacaq?

© Sputnik / Aleksey Danichev
XƏBƏRLƏR
Qısa URL
2113

Qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə komandalar 860 min funt (iki milyon manatdan bir qədər çox) qazanacaq. Hər bir heç-heçə bitmiş oyunun qiyməti isə 430 min funt (bir milyondan artıq) təşkil edir

 

BAKI, 11 iyun — Sputnik. Futbol üzrə sayca 16-cı Avropa çemionatının qalibi olan komanda ümumilikdə 24,29 milyon funt-sterlinq (58,5 milyon manat) qazanacaq. Sputnik Azərbaycan xəbər verir ki, yarışmanın ümumi mükafat fondu 284,55 milyon funt-sterlinq (685,7 milyo manat) təşkil edir. Öz növbəsində qrup mərhələsində bütün oyunları uduzmuş komanda 8 milyon funt əldə edəcək (19,2 milyon manat).

Cümə günü, iyunun 11-də ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən bu ilə keçirilmiş AVRO-2020 futbol çempionatı başlanacaq. Çempionatın açılış oyunu Romada, Bakı vaxtı ilə saat 23.00-da İtaliya və Türkiyə yığmaları arasında başlanacaq.

Qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə komandalar 860 min funt (iki milyon manatdan bir qədər çox) qazanacaq. Hər bir heç-heçə bitmiş oyunun qiyməti isə 430 min funt (bir milyondan artıq) təşkil edir.

Qrup mərhələsinin uğurla keçilməsi komandalara daha 1,29 milyon funt (3,1 milyon manat) gətirəcək.

¼ finala çıxmağa görə yığma komandalar hərəsi 2,15 milyo funt (5,2 milyon manat), yarımfinala vəsiqəyə görə isə 3,44 milyon funt (8,2 milyon manat) əldə edəcəklər.

Final oyununda uduzmuş komanda 4,03 milyon funt (9,7 milyon manat), çempionatın qaibi isə həmin qələbəyə görə 6,88 milyon funt (16,5 milyon manat) əldə edəcək.

Bakıda keçiriləcək AVRO-2020 oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyun keçiriləcək. Bunlar "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) oyunlarıdır. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.