03:35 27 İyul 2021
Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen

Erikssenin vəziyyəti barədə yeni xəbər var

© Pool via REUTERS / Hannah Mckay
XƏBƏRLƏR
Qısa URL
720 0 0

Ürək masajından sonra özünə gələn futbolçunun səhhəti ilə bağlı verilən açıqlamada ürəyi ilə bağlı bunadək heç bir probleminin olmadığı bildirilib.

BAKI, 13 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, AVRO-2020-nin iyunun 12-də Finlandiya ilə Danimarka arasında baş tutan oyunu ötəngünkü oyunlar arasında ən yaddaqalanı olub. Danimarkalı yarımmüdafiəçi Kristian Erikssenin huşunu itirərək yerə yıxılması, bir müddət özünə gəlməməsi izləyilərə də şok anlar yaşadıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, hazırda 29 yaşlı futbolçunun vəziyyəti normallaşıb. O nəfəs ala, danışa bilir. O artıq komanda üzvləri ilə də danışıb.

Ürək masajından sonra özünə gələn futbolçunun səhhəti ilə bağlı verilən açıqlamada isə ürəyi ilə bağlı bunadək heç bir probleminin olmadığı bildirilib.

Komanda yoldaşları ona dəstək olaraq oyunun onlar üçün həmin anda heç bir önəm kəsb etmədiyini, sadəcə olaraq Erikssenə görə oynayıb oyunu bitirmək istədiklərini bildiriblər.

Qeyd edək ki, yaşıl arenada həkimlər Erikssenə yardım edərkən onun komanda yoldaşları bu anların izləyicilər tərəfindən görülməməi üçün dairəvi formada ətrafında dayanmışdılar. Komanda yoldaşları həmçinin futbolçunun meydana qaçan həyat yoldaşına təsəlli olaraq onun da yanında olublar.

Futbolçunun sözçüsünün açıqlamasına görə, həmin anda həyəcanlı anlar yaşayan futbolçunun həyat yoldaşı Sabrina Kvist və atası hazırda onunla birgə xəstəxanadadır.

Kristian Erikssenin başına gələnlər

İyunun 12-də keçirilən Finlandiya - Danimarka oyununun birinci hissəsinin sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. 

Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bu hadisənin baş verməsindən 6 dəqiqə sonra oyun dayandırılıb. Erikssenin səhhəti normallaşmağa başladıqdan sonra matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib. Görüş 1:0 hesabı ilə Finlandiyanın xeyrinə başa çatıb.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Bu oyun Finlandiyanın Avropa çempionatlarının final mərhələsində keçirdiyi ilk oyun idi.