Rodon: Uels yığmasının futbolçuları Türkiyə ilə aqressiv oynamağa hazır olacaqlar

© Dan Mullan - Powered by Getty Images/UEFAИгроки сборной Уэльса Крис Мепам, Джозеф Родон и Дэнни Уорд (слева направо)
Игроки сборной Уэльса Крис Мепам, Джозеф Родон и Дэнни Уорд (слева направо) - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Uels futbolçuları hesab edirlər ki, Türkiyə millisi qarşıdakı oyunda aqressiv oyun tərzi nümayiş etdirəcək, lakin uelslilər buna hazır olacaqlar. Uelslilərin müdafiəçisi Co Rodon buna əmindir.

BAKI, 14 iyun — Sputnik. Ötən şənbə günü Uels yığması İsveçrə komandası ilə Avropa çempionatının qrup mərhələsindəki qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Çərşənbə günü isə komanda Türkiyə millisi ilə üz-üzə gələcək.

"Biz artıq ilk oyunu yaddan çıxarmışıq və ancaq çərşənbə günü keçiriləcək növbəti oyun barədə düşünürük. Türklərin ilk oyununun nəticəsinə fikir vermək lazım deyil, onlar çox güclü rəqibdirlər və biz oyunun çətin olacağını gözləyirik. Sözsüz ki, 0:3 hesablı məğlubiyyətdən sonra rəqibimiz aqressiv oynamaq məcburiyyətindədir. Biz buna hazır olacağıq və çalışacağıq ki, ilk oyunda etdiyimiz kimi, komanda şəklində fəaliyyət göstərərək buna qarşı dura bilək. Bizə qələbə lazımdır", - deyə Rodon jurnalistlərə bildirib.

Xəbər lenti
0