23:54 04 Avqust 2021
Uels yığmasının futbolçuları Bakı Olimpiya Stadionunda məşq zamanı

Uels yığmasının üzvü: Bakı çox xoşuma gəldi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Futbol üzrə Uels millisinin müdafiəçisi Co Rodon bildirib ki, Bakıda gəzinti zamanı şəhərin gözəlliyi onu məftun edib.

BAKI, 14 iyun — Sputnik. Uels yığması İsveçrə komandası ilə Avropa çempionatının qrup mərhələsindəki qarşılaşmadan ötən şənbə günü heç-heçə ilə ayrılıb – 1:1. Bazar günü bütün vaxtı hoteldə izolyasiyada olan komanda üzvləri onlar üçün xüsusi olaraq Bakıda təşkil olunmuş ekskursiyada olublar.

"Şəhərə baxmaq çox xoş idi. Bakı müasir, gözəl şəhərdir. Biz şəhərin küçələri ilə gəzintidən əsl zövq aldıq", - deyə Rodon jurnalistlərə bildirib.