05:04 26 İyul 2021

Beyl: Uels yığması "düşməncəsinə əhval-ruhiyyəli" stadionda oynamağa hazırdır

© REUTERS / VALENTYN OGIRENKO
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Uelslilərin kapitanı anlayır ki, Bakıdakı stadionda azarkeşlərin mütləq əksəriyyəti Türkiyə millisini dəstəkləyəcək.

Bakıdakı stadionun rəqibin tərəfində olacağına baxmayaraq, Uels yığmasının futbolçuları Avropa çempionatında Türkiyə millisinə qarşı görüşdə oynamağa və nəticə əldə etməyə hazırdırlar. Bu sözlər uelslilərin kapitanı Qaret Beylə məxsusdur.

Türkiyə və Uels yığmalar Bakıda iyunun 16-da qarşılaşacaqlar.

"Biz görüşdə qalib gəlmək istəyirik, lakin, düşünürəm ki, Türkiyə də eyni şeyi istəyir. Bizi turnir perspektivləri baxımından çox şeyi həll edəcək çətin oyun gözləyir. Məncə, sabah türk azarkeşlər daha çox olacaq. Stadionda düşməncəsinə atmosfer olacaq. Mən Türkiyədə oynayanda bu atmosfer bizi ruhlandırırdı.  Tribunada fanatlar çox olanda bu artıq yaxşıdır və onların kimə azarkeşlik etməsi vacib deyil. Əsas odur ki, onlar var", - Beyl mətbuat konfransında bildirib.