19:56 25 İyul 2021
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

© REUTERS / KAI PFAFFENBACH
XƏBƏRLƏR
Qısa URL
1277 0 0

Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.