Lokatelli AVRO-2020-də keçirilən İtaliya-İsveçrə qarşılaşmasının ən yaxşı oyunçusudur

© AFP 2023 / RICCARDO ANTIMIANIПолузащитник сборной Италии Мануэль Локателли
Полузащитник сборной Италии Мануэль Локателли - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Manuel Lokatellinin vurduğu iki qol sayəsində İtaliya yığması ard-arda ikinci qələbə və 1/8 finala vəsiqə qazanıb.

BAKI, 17 iyun — Sputnik. Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Manuel Lokatelli AVRO-2020 çərçivəsində keçirilən İtaliya-İsveçrə qarşılaşmasının ən yaxşı oyunçusu elan olunub. Bu barədə UEFA-nın saytında deyilir.

"A" qrupunun Romada keçirilən qarşılaşması 3:0 hesabı ilə italyanların xeyrinə başa çatıb. Lokatelli 26 və 52-ci dəqiqələrdə fərqlənərək rəqib qapısına iki dəfə yol tapıb. Bundan əlavə, Lokatelli Mario Balotelli və Pyerluici Kaziraqidən sonra İtaliya millisində Avropa çempionatlarında dubl etmiş üçüncü futbolçu olub.

İsveçrə komandası üzərində qələbə italyanları AVRO-2020-nin pley-off mərhələsinə çıxarıb.

Xəbər lenti
0