Peyc: Beylin qol vura bilməməsi haqda sözləri onun şəxsiyyəti barədə çox şeyi deyir

© © Pool via REUTERS / Tolga BozogluФутболист сборной Уэльса Гарет Бейл
Футболист сборной Уэльса Гарет Бейл - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Uelslilərin baş məşqçisi Robert Peycin fikrincə, Uels yığmasının futbolçusu Qaret Beylin qol vura bilmədiyi penaltiyə reaksiyası onun necə şəxsiyyət olmasından xəbər verir.

BAKI, 17 iyun — Sputnik. Çərşənbə günü Türkiyə millisi Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Uels yığmasına 0:2 hesabı ilə məğlub olub.

Uelsli Beyl oyunun 61-ci dəqiqəsində penaltidən qol vura bilməyib, lakin Aron Remsi və Konkor Robertsə verdiyi iki məhsuldar ötürməyə görə oyunun ən yaxşı futbolçusu seçilib.

"Beylin məsələsi sadədir: onun iki ötürməsi olmasaydı, biz oyunu uda bilməzdik. O, cəsarət nümayiş etdirərək penaltini vura bilməməsindən məyus olmayıb və bu onun şəxsiyyəti barədə çox şey deyir. Bu gün biz bunu dəfələrlə deyirik. Lakin mən hesab edirəm ki, yalnız onun penaltini vura bilmədiyini müzakirə etmək ədalətli deyil. Onun iki məhsuldar ötürməsi olmasaydı, biz bu gün heç nə edə bilməzdik. Söhbət təkcə qol vurmaqdan getmir. Komandada oynamağı bacarmaq və tapşırıqları yerinə yetirmək lazımdır. Beylin isə bunları etdiyi dəqiqdir", - deyə Peyc mətbuat konfransında bildirib.

"Topu sol ayağına ötürüb Aarona bu cür ötürməni ancaq o verə bilərdi. Yalnız Beyl oyunun sonuna qədər özündə kifayət qədər sürət və güc saxlaya bilərdi ki, meydanın küncündən müdafiəçini keçsin və Konnor üçün etdiyini etsin. Gəlin, onun vurmadığı, oyunun nəticəsinə təsir etməyən penaltini deyil, bütün bunları müzakirə edək", - deyə məşqçi sözünü bitirib.

Xəbər lenti
0