İngiltərə yığması AVRO-2020-də Şotlandiya ilə heç-heçə oynayıb

© REUTERS / FRANK AUGSTEINНападающий сборной Англии по футболу Гарри Кейн
Нападающий сборной Англии по футболу Гарри Кейн - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
Londonun "Uembli" stadionunda keçirilmiş prinsipial rəqiblərin qarşılaşmasında qapılara qol vurulmaylb.

Avropa şempionatının qrup mərhələsinin oyununda İngiltərə yığmasının futbolçuları Şotlandiya komandası ilə heç-heçə oynayıblar.

D qrupunun "Uembli" stadionunda keçirilmiş ikinci tur oyunu 0:0 hesabı ilə başa çatıb. Görüşü stadiondan 20306 azarkeş izləyib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.

Qrup mərhələsinin son turunda iyunun 22-də ingilislər çexlərlə, şotlandlar isə xorvatlarla qarşılaşacaqlar.

Xəbər lenti
0