07:22 29 İyul 2021

Baş məşqçi: Türkiyə millisi AVRO-2020-nin pley-off mərələsinə çıxmağa ümid edir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Avropa çümpionatının qrup mərhələsində İsveçrə komandası ilə oyundan gözləntiləri ilə bölüşüb

BAKI, 19 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi qrupda üçüncü yeri tutaraq Avropa çümpionatının pley-of mərhələsinə çıxmağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş oyundan əvvəlki mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda Avropa çümpionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yıığmaları üz-üzə gələcək.

"A" qrupundakı əvvəlki iki oyunda Türkiyə komandası İtaliya (0:3) və Uels (0:2) komandalarına məğlub olub, isveçrəlilər isə uelslilərlə heç-heçə oynayaraq (1:1) italyanlara məğlub olublar (0:3).

Günəş bildirib ki, Uels yığması ilə əvvəlki oyunda onun yetirmələri özünə inamı itiriblər.

"Əvvəlki iki oyun bizim üçün çox mürəkkəb oldu. Uels komandası ilə oyunda biz özümüzə inamı itirdik. Bizdən çox şey gözlənildiyini bilirdik, lakin komandamız gəncdir və bu oyunçulara təsir etdi. İndi biz çətin vəziyyətdəyik", - deyə o bildirib.

Mütəxəssis onu da deyib ki, komandanın oyununda həm oyunçuların texnikası cəhətdən, həm də taktiki hazırlıqda problemlər var. Lakin, özünün də dəfələrlə dediyi kimi, Günəş öz ünvanına və komandanın ünvanına səslənən tənqidə normal yanaşır.

"Çoxları bizim çıxışımızdan narazıdır, biz də narazıyıq. Hər kəsin fikir yürütmək haqqı var, bu normaldır, biz tənqidi qəbul edirik və o əsassız deyil. Biz həqiqətən çoxlu səhvlər edirik, xüsusilə də yarımmüdafiədə. Elə bu zonada komandanı heyətində dəyişikliklərin olacağı istisna deyil", - deyə Günəş bildirib.

Bütün bunlara baxmayaraq, Türkiyə millisi qrup mərhələsində üçüncü yer tutmuş komandalardan dörd komandadan biri olmaq və 1/8 finala çıxmağa ümid edir.

"Kağız üzərində İsveçrə komandasının daha çox qələbə şansı ola bilər. Lakin Uels də reytinqdə aşağıda idi, indi bu komanda həm bizdən, həm də isveçrəlilərdən yüksəkdədir. Lap əvvəldən düşünülürdü ki, İsveçrə və Türkiyə milliləri qrupda ikinci yer uğrunda oynayacaqlar, indi isə ikinci yerə ancaq isveçrəlilər çıxa bilərlər. Biz isə ancaq üçüncü yer uğrunda mübarizə apara və üçüncü yer tutmuş ən yaxşı dörd komandadan biri olaraq pley-off mərhələsinə çıxmağa ümid edə bilərik", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.