Avstriya millisi Ukraynaya qalib gələrək AVRO-2020-nin pley-off mərhələsinə yüksəlib

© AFP 2023 / VADIM GHIRDAФутболисты сборной Австрии
Футболисты сборной Австрии - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Avstruyalılar 1/8 finala birbaşa vəsiqə qazanıb, ukraynalılar isə qrup mərhələsini üçüncü yerdə başa vurublar, lakin hələ də pley-off mərhələsinə çıxmaq şansları var

BAKI, 21 iyun — Sputnik. AVRO-2020-nin qrup mərhələsində Ukrayna yığmasına qalib gələn futbol üzrə Avstriya millisi "C" qrupunda ikinci yerdən pley-off mərhələsinə vəsiqə qazanıb.

Buxarestdə keçirilən oyun 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 21-ci dəqiqədə Kristof Baumqarten vurub.

Beləliklə avstriyalılar qrupda 6 xalla ikinci yeri tutublar. Ukrayna millisi qrupda 3 xalla 3-cü yerdədir.

Xəbər lenti
0