Niderland yığması Şimali Makedoniya komandasını darmadağın edib

© AFP 2023 / PETER DEJONGПолузащитник сборной Нидерландов Джорджинио Вейналдум
Полузащитник сборной Нидерландов Джорджинио Вейналдум - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Futbol üzrə Niderland yığması Avropa çempionatında Şimali Makedoniya yığmasına böyük hesabla qalib gəlib.

BAKI, 21 iyun — Sputnik. "C" qrupunun son turunda Amsterdamda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qolları Memfis Depay (24-cü dəqiqə) və Corcinio Veynaldum (51, 58) vurublar. Moskva "Spartak"ının və Niderland yığmasının yarımmüdafiəçisi Kuinsi Promes 66-cı dəqiqədə meydana çıxıb.

Oyuna 15227 azarkeş tamaşa edib.

Bu oyun Şimali Makedoniya komandasının 37 yaşlı qapıçısı Qoran Pandevin ölkə yığması heyətində 122-ci və son oyunu olub. Oyunçu 68-ci dəqiqədə əvəz olunub və həmkarları onun üçün meydanda vida dəhlizi təşkil ediblər.

Niderland yığması (9 xal) qrupda birinci yeri və AVRO-2020 pley-off mərhələsinə çıxışı əvvəlcədən təmin edib. Komandanın 1/8 finalda rəqibi sonra məlum olacaq. Hər üç oyunda məğlub olan Şimali makedoniya yığması isə hələ Niderland yığması ilə qarşılaşmadan əvvəl qrup mərhələsini adlamaq şanslarını itirib.

Xəbər lenti
0