17:35 25 İyul 2021

Belçika millisi Sankt-Peterburqda Finlandiya yığmasını məğlub edib

© Sputnik / Владимир Астапкович
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Futbol üzrə Belçika millisi Avropa çempionatında Finlandiya yığmasına qalib gəlib. "B" qrupunun son turunda Sankt-Peterburqda keçirilən oyun 2:0 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.

BAKI, 22 iyun — Sputnik. Finlandiya millisinin qapıçısı Lukaş Qradetski (74-cü dəqiqə) topu öz qapısına vurub. Daha bir qolu isə belçikalıların hücumçusu Romelu Lukaku vurub.

Stadionda oyuna 18 545 azarkeş tamaşa edib.

Qrupun digər qarşılaşmasında Kopenhagendə Rusiya millisi Danimarka komandasına 1:4 hesabı ilə məğlub olub.

9 xal toplayan Belçika millisi qrupun lideridir. Onun 1/8 finalda onun rəqibi bir müddət sonra müəyyən olunacaq.

Avropa çempionatının debütantı olan Finlandiya yığması 3 xalla qrupda 3-cü yerdə qərarlaşıb və hələ də pley-off mərhələsinə çıxmağa ümidi var.

Danimarka millisi 3 xalla əlavə parametrlrə görə qrupda ikinci yeri tutub və iyunun 26-da artıq 1/8 finalda Uels komandası ilə qarşılaşacaq.

Hesabında 3 xalı olan Rusiya millisi isə qrupun sonuncusudur və bunula da AVRO-2020-dəki çıxışlarını başa vurub.