Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu belçikalılara məğlubiyyətdən sonra kapitan sarğısını çıxararaq yerə atıb

© AFP 2023 / THANASSIS STAVRAKISКриштиану Роналду
Криштиану Роналду - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Portuqaliya millisinin kapitanı komandası Avropa çempionatı ilə vidalaşdığına görə hisslərini boğa bilməyib.

BAKI, 28 iyun — Sputnik. Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çempionaının 1/8 final oyununda belçikalılara məğlub olduqdan sonra kapitan sarğısını çıxararaq otun üstünə atıb.

Hakimin final fitindən sonra Ronaldu otun üstünə oturub və qolundakı sarğını hirslə stadionun ot örtüyünə çarpıb.

Ronaldu 2022-ci il Dünya çümpionatının seçmə mərhələsinin Belqradda keçirilən Serbiya millisi ilə oyununda (2:2) da oxşar hərəkət edib.

Bazar günü Sevilyada keçirilmiş oyun Belçika millisinin 1:0 hesablı qələbəsiilə nəticələnib. Bununla da Portuqaliya yığması Avropa çempionu titulu ilə vidalaşıb.

Xəbər lenti
0