17:02 25 İyul 2021
Danimarkalı futbolçu Kasper Dolberq

Danimarka və Çexiya milliləri Bakıya nə zaman gələcək?

© REUTERS / POOL / OLAF KRAAK
XƏBƏRLƏR
Qısa URL
18 0 0

AVRO-2020-nin Bakıda keçiriləcək dörddəbir final oyununun iştirakçıları artıq Azərbaycan paytaxtında hansı otellərdə qalacaqlarını müəyyənləşdiriblər.

BAKI, 29 iyun — Sputnik. Bakıda keçiriləcək AVRO-2020 dörddəbir final oyunu üçün Danimarka və Çexiya milli komandaları Azərbaycan paytaxtına iyulun 1-də gələcəklər. Bu barədə Sputnik Azərbaycana Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyunu iyulun 3-də Bakı Olimpiya stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

1/8 final mərhələsində danimarkalılar Uels yığmasını darmadağın edərək 4:0 hesabı ilə qalib gəliblər. Çexlər isə rəqiblərinə iki cavabsız qol vuraraq Niderland yığmasını mübarizədən kənarlaşdırıblar.

Hər iki yığma komanda Azərbaycana iyulun 1-də təşrif buyuracaq. Əvvəlcə Çexiya millisi Bakıya gələcək, bu komandanını təyyarəsi Heydər Əliyev beynəlxalq hava limanına Bakı vaxtı ilə saat 20.00-da enəcək. Bundan saat yarım sonra Danimarka futbolçularının təyyarəsi də paytaxt hava limanında yerə düşəcək.

Çexiya millisi Bakıda Hilton otelində yerləşəcək, danimarkalılar isə Hyatt otelində qonaq olacaqlar. Növbəti gün, iyulun 2-də komandalar Bakı Olimpiya stadionunda açıq məşq keçirəcəklər.

Qeyd edək ki, Danimarka-Çexiya oyununun qalibi qitə birinciliyinin yarımfinalında İngiltərə-Almaniya və İsveç-Ukrayna cütlükləri arasında ən güclü komanda ilə üz-üzə gələcək.

Digər ¼ final oyunlarında Belçika və İtaliya, habelə İsveçrə və İspaniya yığmaları qarşılaşacaq.

Son iki 1/8 final oyunları çərşənbə axşamı, iyunun 29-da keçiriləcək.

Turnirin yarımfinal və final arşılaşmaları Londonda keçiriləcək.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.