Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-də İngiltərə-Almaniya oyunu öncəsi Tofiq Bəhramovu yada salıblar

© Sputnik / I. Bromberg / Mediabanka keçidСоветский арбитр Тофик Бахрамов, "похоронивший" надежды сборной Германии на победу в финале чемпионата мира 1966 года
Советский арбитр Тофик Бахрамов, похоронивший надежды сборной Германии на победу в финале чемпионата мира 1966 года - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Təqribən 55 il əvvəl Uembli stadionunda əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramov futbol tarixində ən mübahisəli qollardan birini, ingilislərin almanların qapısına vurduğu qolu qeydə alıb.

BAKI, 29 iyun — Sputnik. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İngiltərə və Almaniya yığmaları arasında AVRO-2020 oyunundan əvvəl əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovu yada salıb. Bu barədə Sputnik Azərbaycan diplomatın Twitter-dəki səhifəsinə istinadən xəbər verir.

İyunun 29-da Londonun "Uembli" stadionunda AVRO-2020 1/8 mərhələsində İngiltərə və Almaniya milli komandaları arasında oyun keçiriləcək.

Maraqlıdır ki, 55 il əvvəl elə bu stadionda İngiltərə və Almaniya komandaları arasında dünya çempionatının final qarşılaşması keçirilib və həmin oyunda meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıblar.

Həmin oyunda həlledici rolu futbol tarixində ən mübahisəli qollardan birini qeydə almış əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramov oynayıb.

1966-cı il dünya çempionatının final qarşılaşması iyulun 30-da keçirilib və bu, hələ ki, ingilislərin futbol üzrə dünya birinciliklərində yeganə qələbəsidir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bu əlamətdar hadisədən yan keçə bilməyərək öz Twitter səifəsində Tofiq Bəhramovun şəklini paylaşıb və altında belə bir şərh yazıb:

"İngiltərə və Almaniya yığmaları arasında Uemblidəki oyunun başlanmasını səbirsizliklə gözləyirəm. Əgər Tofiq Bəhramov varsa, VAR nəyə lazım? Sağ ol, Azərbaycan. 1966-cı il dünya çempionatı", - deyə Şarp yazıb.

Onu da əlavə edək ki, AVRO-2020 1/8 mərhələsində İngiltərə və Almaniya komandaları arasında oyun Bakı vaxtı ilə 20.00-da başlanacaq.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

 

Xəbər lenti
0