Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çexiya millisinin baş məşqçisi Bakıda uduzulmuş oyunda hakimi günahlandırır

© Francois Nel - Powered by Getty Images/UEFAГлавный тренер сборной Чехии Ярослав Шилгавы
Главный тренер сборной Чехии Ярослав Шилгавы - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Yaroslav Şilqavı Çexiya millisinin məğlub olduğu AVRO-2020 dörddəbir final oyunu barədə fikirləri ilə bölüşüb və azarkeşlərin komandasının oyunundan razı qaldığına ümidvar olduğunu dilə gətirib

 

Bakıda keçirilmiş dörddəbir final oyununun nəticəsinə hollandiyalı hakimin Çexiya millisinin qapısına təyin etdiyi künc zərbəsi təsir edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan sonra keçirilən mətbuat konfransında Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı deyib.

İyulun 3-də Bakı Olimpiya stadionunda Danimarka və Çexiya milli komandaları arasında keçirilmiş AVRO-202 dörrdəbir final oyunu 2:1 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb.

Danimarka millisində qolları Tomas Dileyni və Kasper Dolberq, Çexiya millisində isə Patrik Şik vurublar.

Çexiya millisinin baş məşqçisi oyunun nəticəsindən məyus olduğunu gizlətməyib.

"Biz oyunun nəticəsindən çox məyusuq, bəzi oyunçularımız hətta göz yaşlarını saxlaya bilmədilər. Eyni zamanda biz komandamızla fəxr edirik. Ümidvaram ki, azarkeşlər də bu çempionatda oyunumuzdan razı qalacaqlar. Uşaqlar sona qədər mübarizə apardılar və onlardan asılı olan hər şeyi etdilər", - deyə Şilqavı bildirib.

Hakimin səhvi

Bundan əlavə, mütəxəssis hesab edir ki, ilk qolun vurulmasında Niderlanddan olan hakim günahkardır.

Xatırladaq ki, 1/8 final mərhələsində çexlər 2:0 hesabı ilə qələbə çalaraq Niderland millisini mübarizədən kənarlaşdırıblar.

"Hakim səhvən bizim qapıya künc zərbəsi təyin etdi, halbuki belə bir şeyyox idi. Oyunun əvvəlində buraxılmış qol bizim oyunçularımıza təsir etdi. Biz bir topun əvəzini çıxa bildik, ikinci qolu vurmaq imkanlarımız da oldu. İnanırdıq ki, oyunu əlavə vaxta apara biləcəyik. Dörd hücumçu ilə oynayaraq hücum üslubna daha çox üstünlük verdik. Lakin alınmadı", - deyə Şilqavl bildirib.

Xəbər lenti
0