04:02 30 İyul 2021
Federiko Kyeza, arxiv şəkli

UEFA İtaliya-İspaniya yarımfinalının ən yaxşı futbolçusunu elan edib

© AFP 2021 / CARL RECINE
XƏBƏRLƏR
Qısa URL
13 0 0

İtaliya millisinin İspaniya yığmasını məğlub etdiyi AVRO-2020 ilk yarımfinal oyununun ən yaxşı oyunçusu Federiko Pyeza elan olunub.

BAKI, 7 iyul — Sputnik. Futbol üzrə İtaliya millisinin oyunçusu Federiko Pyeza İispaniya yığmasına qarşı keçirdiyi Avropa çempionatının yarımfinal oyununun ən yaxşı oyunçusu seçilib. Bu barədə UEFA-nın saytında məlumat verilib.

İtaliya millisi penalti seriyasında İspaniya yığmasına qalib gələrək AVRO-2020-nin ilk finalçısı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İtaliya millisində qolu məhz Kyeza vurub. Bu, 23 yaşlı yarımmüdafiəçinin turnirdə vurduğu ikinci qoldur. Bunda əvvəl futbolşu 1/8 final oyununda avstriyalıların qapısına yol tapıb.

AVRO-2020-nin ikinci finalçısı çərşənbə günü İngiltərə və Danimarka milli komandaları arasında keçiriləcək qarşılaşmada müəyyən olunacaq.