00:04 05 Avqust 2021

AVRO-2020 oyunlarına stadionlarda bir milyondan çox insan tamaşa edib

© REUTERS / PAUL ELLIS
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Koronavirus pandemiyası üzündən təşkilatçı-şəhərlərin bir çoxu stadionlara gələ biləcək azarkeş sayını məhdudlaşdırıblar.

BAKI, 12 iyul — Sputnik. Avropa çempionatının oyunlarına stadionlarda 1 milyon 99 min 688 azarkeş tamaşa edib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq stadionlara gələ biləcək azarkeş sayının məhdudlaşdırılması üzündən AVRO-2020 iyunun 11-dən iyulun 11-ə qədər Avropanın 11 şəhərində keçirilib.

Turnirin pley-off mərhələsinə tribunalardan 450 min 368 insan tamaşa edib. Qrup mərhələsinin oyunlarında isə stadionlarda 649 min 320 azarkeş olub.

AVRO-2020-nin 51 oyunu arasında ən çox azarkeş olan qarşılaşma İtaliya və İngiltərə komandaları arasında keçirilən final oyunu olub. "Uembli" stadionunda keçirilən qarşılaşmaya 67 min 173 azarkeş tamaşa edib.

Londonda keçirilən yarımfinal oyunları da azarkeş sayına görə oyunların ilk üçlüyündədir.