18:02 03 Avqust 2021

Lük Şou Avropa çempionatlarının final mərhələlərində ən tez qol vuran oyunçudur

© REUTERS / FACUNDO ARRIZABALAGA
XƏBƏRLƏR
Qısa URL
22 0 0

İngiltərə yığmasının müdafiəçisi Lük Şou artıq oyunun ikinci dəqiqəsində italyanların qapısına yol taparaq AVRO-2020 final qarşılaşmasında hesabı açıb.

BAKI, 12 iyul — Sputnik. Futbol üzrə İngiltərə millisinin müdafiəçisi Lük Şou Avropa çemionatlarının final mərhələlərində ən tez qolu vurub. Bu barədə Opta statistika xidməti məlumat verir.

İyulun 11-dən 12-nə keçən gecə Londonun "Uembli" stadionunda İngiltərə və İtaliya milli komandaları arasında AVRO-2020 final oyunu keçirilib.

Oyunun ikinci dəqiqəsinin sonuna üç saniyə qalmış ingilislər Şounun vurduğu qolla irəli çıxıblar.

Qeyd edək ki, bu, oyunçunun milli komandanın tərkibində vurduğu ilk qoldur.