23:51 04 Avqust 2021
Kriştianu Ronaldu

Kriştianu Ronaldu AVRO-2020-nin ən yaxşı bombardiri oldu

© THANASSIS STAVRAKIS / POOL / AFP
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Ronaldu Çexiya millisinin hücumçusu Patrik Şikin vurduğu qədər qola imza atıb, lakin ondan bir oyun az keçirib.

BAKI, 12 iyul — Sputnik. Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2020-ci il Avropa çempionatının ən yaxşı bombardiridir. Bu barədə UEFA-nın rəsmi saytında bildirilir.

Turnirdə dörd oyun keçirən Ronaldu beş qol vurub.

Çexiya millisinin hücumçusu Patrik Şik də eyni sayda qol vurub. Lakin çexiyalı futbolçu AVRO-2020-də Ronaldudan bir oyun artıq keçirib. Bundan əlavə, Ronaldunun hesabında məhsuldar ötürmə də var.