AVRO-2020 "Könüllülər Proqramı"nın səfiri Turizm Universitetində tələbələrlə görüşdü

© AFFAATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib
ATMU-da Avro-2020 Könüllülük Proqramı ilə bağlı görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm və Menecment Universitetinin tələbələri Könüllülük Proqramı haqqında məlumatlandırıldılar. Təqdimatda təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, AVRO-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbə və müəllim heyəti ilə görüş keçirib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının yaydığı xəbərə görə, 350-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

© AFFAATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib
AVRO-2020 Könüllülər Proqramının səfiri Turizm Universitetində tələbələrlə görüşdü - Sputnik Azərbaycan
ATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib

Tədbiri giriş sözü ilə ATMU rektoru İlham Mədətov açıb. Təqdimatda təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, AVRO-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

"Könüllülər Proqramı" nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klassların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır. Noyabrın 15-dək davam edəcək universitet kampaniyası ümumilikdə paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

© AFFAATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib
AVRO-2020 Könüllülər Proqramının səfiri Turizm Universitetində tələbələrlə görüşdü - Sputnik Azərbaycan
ATMU-da "Avro-2020 Könüllülük Proqramı" ilə bağlı görüş keçirilib

AVRO-2020 Bakı Könüllülər Proqramına qeydiyyat 29 noyabr saat 23:59-da yekunlaşacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalından (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər.

Futbol üzrə Avropa Çempionatları tarixində ilk dəfə olaraq, turnirin 60 illik yubileyini qeyd etmək məqsədilə, UEFA AVRO-2020-nin qitənin 12 şəhərində keçirilməsi qərara alınıb. Gələn yay oyunlara ev sahibliyi edəcək şəhərlər Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur. Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Xəbər lenti
0