07:01 21 Noyabr 2019
Azərbaycan və Xorvatiya arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunu

Debütant və 7 legioner: Millimizin AVRO-2020-nin son seçmə matçları üçün heyəti açıqlanıb

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
3230

Millimizin baş məşqçisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq son matçlara 24 futbolçunu cəlb edib

BAKI, 8 noyabr — Sputnik. Teymur Tuşiyev. Azərbaycan milli futbol komandasının baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels və Slovakiyaya qarşı baş tutacaq son matçlar üçün yığmamızın heyətini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, xorvatiyalı mütəxəssis sözügedən matçlara 24 futbolçunu cəlb edib. Onlardan biri debütantdır, yeddisi isə xarici klubların şərəfini qoruyur. Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun yarımmüdafiəçisi Vüsal İsgəndərov ilk dəfə olaraq millimizin heyətinə dəvət alıb.

AVRO-2020-nin gələcək matçları üçün Azərbaycan yığmasına aşağıdakı futbolçular dəvət alıblar:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt");

Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov (hamısı "Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya" Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah");

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Ertsgebirge Aue", Almaniya), Eddi İsrafilov ("Albasete", İspaniya), Cavid Hüseynov ("Zirə"), Vüsal İsgəndərli ("Keşlə");

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo Moskva", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Renat Dadaşov ("Pasuş de Ferreyra", Portuqaliya).

Azərbaycan və Uels milliləri arasında görüş noyabrın 16-da "Bakcell Arena"da baş tutacaq. Nikola Yurçeviçin yetirmələri seçmə mərhələnin son matçını noyabrın 19-da Slovakiyada keçirəcəklər.

Seçmə mərhələnin bitməsinə iki tur qalmış "E" qrupunda komandaların mövqeyi belədir:

1. Xorvatiya - 14 xal

2. Macarıstan – 12

3. Slovakiya – 10

4. Uels – 8

5. Azərbaycan – 1