12:43 11 Dekabr 2019
İspaniyanın Albasete klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov

Uelslə oyunda "Albasete"nin yarımmüdafiəçisi Azərbaycan millisinə kömək etməyəcək

Instagram / eddysilvestre
Avro 2020
Qısa URL
1910

İspaniya klubunun xavbeki Eddi İsrafilov milli komandanın oyununda texniki problemə görə iştirak etməyəcək

BAKI, 12 noyabr — Sputnik, Teymur Tuşiyev. İspaniyanın "Albasete" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycanın futbol üzrə milli komandasının AVRO-2020-nin seçmə turunda Uelslə oyununda iştirak edə bilməyəcək.

Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Futbol Assosiasiyaları Federasiyasından (AFFA) məlumat verilib.

İspaniya klubunun yarımmüdafiəçisi milli komandamızın oyununda texniki problemə görə iştirak etməyəcək. Prosedura görə, futbolçunun milliyə çağırılması üçün "Albasete"yə məktub göndərilməsində problem yaranıb. Bu səbəbdən İsrafilov yalnız noyabrın 17-də Azərbaycan millisinin sərəncamında olacaq və AVRO-2020-nin seçmə turu çərçivəsində Slovakiya yığmasına qarşı keçiriləcək oyun üçün hazırlıq keçəcək.

Eddi İsrafilovun əvəzinə Uelslə oyun üçün "Zirə" klubunun yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.

Xatırladaq ki, Azərbaycanın futbol üzrə milli komandasının AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyunu noyabrın 16-da Bakıda, "Baksel Arena"da keçiriləcək. Slovakiya ilə matç isə noyabrın 19-da səfərdə oynanılacaq.

AVRO-2020-nin seçmə mərhələsində keçirilən altı oyundan Azərbaycan millisi cəmi 1 xal toplayıb və "A" qrupunda sonuncu yer tutur. Qrupun lideri isə 14 xalla Xorvatiya yığmasıdır.

Əlaqədar

Debütant və 7 legioner: Millimizin AVRO-2020-nin son seçmə matçları üçün heyəti açıqlanıb
AVRO-2020-nin oyunları bu kanallarda yayımlanacaq
Azərbaycanın ən bahalı futbolçusu uğursuzlar siyahısında
Azərbaycanlı futbolçu komanda yoldaşına söz atdı
UEFA AVRO-2020-nin rəsmi topu Uniforia təqdim olundu